Almaniyada elmi araşdırma aparmaq üçün 60 gün yataqda yatacaq adamların axtarıldığı xəbər verilib.
“Sherg.az” türk mediasına istinadən xəbər verir ki, DW-nin hesabatına görə, bu o qədər də asan deyil. Alman Aerokosmik Mərkəzi Aya və ya Marsa sıfır cazibə mühitində uzun səfərlərin insan orqanizminə mənfi təsirlərini araşdıracaq. Könüllülərin yatarkən başları ayaqlarından aşağıda olacaq.