Aprelin 23-də uşaqlar yol polisi olublar - FOTOLAR

Kayseridə 23 Aprel Milli Suverenlik və Uşaq Bayramı münasibəti ilə yol polisi forması geymiş uşaqlar nəqliyyatın hərəkətinə baxış keçirib və səhv park edən sürücülərə xəbərdarlıq ediblər.

Sherg.az türk mediasına istinadən xəbər verir ki, İl Təhlükəsizlik Müdirliyi Yol Müfəttişliyi Şöbəsi tərəfindən təşkil edilən tədbirdə Bağdat küçəsində keçirilən məşqə polis forması geymiş uşaqlar sürücülərə təhlükəsizlik kəməri taxmaları ilə bağlı xəbərdarlıq edib, sürücülük vəsiqələrini və qeydiyyatlarını yoxlayıblar.





 
Uşaqlar daha sonra 27 May küçəsində səhv park edən sürücüləri elanla xəbərdar edib və Cümhuriyyət meydanında motorlu qrupların qırmızı işıq tətbiqinə qatılıb.


Yoxlamalara qatılan 6 yaşlı Eymen Ahi bildirib ki, praktikada saxladığı sürücülərin sürücülük vəsiqəsini və təhlükəsizlik kəmərində olub-olmadığını yoxlayır. Ahi böyüyəndə polis olmaq istədiyini bildirib.


 Baş Çavuş Mahmud Öner Uşaq bağçasında uşaqlara yol hərəkəti haqqında məlumat verib.