Şossedə maraqlı görüntü: Sükan arxasında zurna çaldı

Ötən cümə axşamı günorta saatlarında TEM şosesi Kağıthane Seyrantepe ərazisində baş verən hadisədə bir sürücü maşını ilə hərəkət edərkən sükan arxasında zurna çalmağa başlayıb.

Sherg.az xəbər verir ki, dəqiqələrlə siqnal çalaraq tıxacda hərəkətinə davam edən diqqətsiz sürücü arxadan siqnal çalan maşınlara fikir vermədən yoluna davam edib.

Həmin şəxsin yola baxmaq istəməsi və əlindəki zurnanı ifa edərkən hərəkətə davam etməsi yoldan keçən digər sürücüləri şoka salıb.

Bir sürücünün onu videoya çəkdiyini görən şəxs əlindəki zurnanı  bir an belə yerə atmadan hərəkətinə davam edib. Həmin anlar başqa bir sürücünün mobil telefon kamerası ilə lentə alınıb.