20 növ xərçəng yaradır: Siqaretin təsirləri
07:31 30.05.2024
Cəmiyyət
637
Siqaret bəşəriyyətin üzləşdiyi ən böyük sağlamlıq təhdidlərindən biridir
ABŞ-nin Linus Paulinq Universitetinin alimləri siqaret çəkən insanın siqaret çəkməyən insandan iki dəfə çox vitamin alması lazım olduğunu təsdiqləyən tədqiqatlar aparıb.
Onlar sübut ediblər ki, siqaret orqanizmdə vitaminlərin itkiyə sovrulmasını sürətləndirir, tokoferol səviyyəsini azaldır, həm də askorbin turşusu çatışmazlığı meydana çıxır.
Nəticələr göstərib ki, siqaret B vitamini, E vitamini (tokoferol), C vitamini, xüsusilə askorbin turşusu və bütün metabolik proseslərə ciddi ehtiyac yaradır, vitaminləri tükədir: "İki vitaminin uzunmüddətli çatışmazlığının mənfi təsiri - E vitamini təmin edən oksidantların itirilməsi, bədənin arteriya və qan təzyiqi dəyişmələrinə qarşı dayanıqlıq qabiliyyətinin azalmasıdır.
Vitaminlərin itirilməsini kompensasiya etmək üçün onları tablet və ya kapsulalarla əvəz edə bilərsiniz və rasionunuza bol miqdarda bu vitaminləri özündə birləşdirən qidaları əlavə edə bilərsiniz. Askorbin turşusu demək olar ki, bütün giləmeyvə, sitrus meyvələrində, kələm, kartof, pomidorda çoxdur. E vitamini - fındıq, fıstıq, soya, badam, zeytun və günəbaxan yağı, yerkökündə zəngindir. B vitaminləri taxılda (qarğıdalı, yulaf, buğda), ət, düyü, balıq, yumurta tərkibindədir”.
Kardioloq Jalə Abbasovanın sözlərinə görə, psixoloji cəhətdən asılılıq yaradan siqaret müasir dövrümüzdə bəşəriyyətin üzləşdiyi ən böyük sağlamlıq təhdidlərindən biridir. Bu barədə “Sherg.az"a danışan kardioloqun sözlərinə görə, ağciyər xərçəngi də daxil olmaqla, 20 növ xərçəngə səbəb ola bilən nikotin həm də beynin fəaliyyətini zəiflədir və ürək-damar xəstəliklərini yaradır. Siqaret tüstüsü demək olar ki, 5 min kimyəvi maddə ehtiva edir ki, bunlardan da 200-ü zəhərli maddələrə, 50-si kanserogenlərə aid edilə bilər, yəni xərçəngə səbəb olan maddələr: “Siqaretin əsasən ağciyərlə bağlı zərərlərini eşidirik. Lakin siqaret çəkmək digər orqanlarımıza da ciddi zərər verir. Tənəffüs yollarında iltihablanma riski yaradır. Qan axışını yavaşladır. Buna görə də bütün orqanlara oksigen getməsini məhdudlaşdırır. KOAH-a, yəni xroniki ağciyər xəstəliyinə səbəb olur.
Ürəkdə damar tıxanıqlığı yaradaraq bir sıra ürək xəstəliyinin yaranmasının başlanğıcı olur. Dəridə sızanaqlara və tez qocalmaya səbəb olur. Damarlarda sərtləşməyə yol açaraq, beynin funksiyalarına zərər verir, yaddaşı zəiflədir. Diş əti problemlərinə, dişlərdə saralmaya, ağız qoxusuna səbəb olur. Bu və bu kimi zərərləri olan siqaret həmçinin bədənimizi viruslara qarşı daha həssas edir. Siqaret istifadə edən şəxslər xəstəliklərə digər insanlardan daha tez yoluxurlar.
Xatırladaq ki, koronavirusa yoluxmuş şəxslər arasında da keçmişdə, yaxud hazırda siqaret çəkən insanlar çoxluq təşkil edir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hande və CeyLo bir arada
05:05 25.09.2026
Şou
Müasir insanın bu 7 vərdişi onu xəstə edir
04:24 25.09.2026
Sağlamlıq
Azərbaycan daha üç ölkə ilə viza tələblərini sadələşdirib
03:03 25.09.2026
Siyasət
Sin Cinpin və Donald Tramp Ukrayna və Yaxın Şərqi müzakirə edib
01:59 25.09.2026
Dünya
Tiktok bu ölkədə 16,8 milyon dollar cərimə ödəyəcək
01:21 25.09.2026
Texnologiya
Netanyahu: İran hökumətinin süqutu yalnız zaman məsələsidir
00:59 25.09.2026
Gündəm
Türkiyəli nazir istefa verib? - Özü açıqladı
23:55 24.09.2026
Gündəm
Bu bürclər edilən səhvi heç vaxt unutmur - Siyahıda 3 bürc
23:31 24.09.2026
Cəmiyyət
Pakistan və İran liderləri regional vəziyyəti müzakirə ediblər
22:36 24.09.2026
Gündəm
Ərdoğandan Paşinyana mühüm mesaj: Bakı-İrəvan sülhünə dəstək
22:20 24.09.2026
Gündəm
Ərdoğan: Türkiyə iqtisadiyyatına risk yoxdur
21:59 24.09.2026
Gündəm
Nazirlər Kabinetində geniş iclas keçirildi
21:06 24.09.2026
Aktual