Küçədə maraqlı elan: “Şərəfsizdir, harda görsəniz, üzünə tüpürün!”

Adanada “Şərəfsizdir, harda görsəniz üzünə tüpürün” yazılmış plakat görənləri heyrətə salıb.

Sherg.az xəbər verir ki, Mərkəzi Seyhan səmtinin Yeni Baraj məhəlləsində baş verən hadisədə naməlum şəxs və ya şəxslər bir çox işıqlandırma, yol dirəkləri və zibil qutularının üzərinə “Şərəfsizdir, harda görsəniz üzünə tüpürün” plakatı yapışdırıb.

Elanı görənlər heyrətlənib, bəziləri onu cırıb atıb, bəziləri isə şəklini çəkərək sosial media hesablarında paylaşıb.


 Elanı görən Ali Batuhan Okay adlı gənc "Görəndə çox təəccübləndim. Bunu kimin etdiyini bilmirəm, amma adanalılar çox fərqlidir. Yəqin ki, onun dostları edib, mən də şəklini çəkmişəm, dostlarımız arasında paylaşacam” deyə bildirib.

Hira Naz adlı gənc qız elanı görəndə təəccübləndiyini ifadə edib: 

"Heç gözləməzdim. Bunu mütləq aldadıldığını düşündüyüm bir qadın edib. Əslində üzüldüm, amma mən də bunu edərdim, əgər yazılanlar doğrusa, haqq edir.  olsaydı, nə vaxt görsəm, o adamın üzünə mən də  tüpürərəm”.