Həkim: Şəhər bir an öncə çirkab sulardan təmizlənməlidir

Ağcaqanadlar bu il Bakı əhalisi üçün də təhlükəli olacaq
 
 
 Bill Qeyts 2025-2026-cı il üçün yeni pandemiya xəbərdarlığı edib. Bu dəfə virus, xəstəlik ağcaqanadlarla yayılacaq. Qeyd edək ki,  3 il əvvəl Brüsseldə “Fəlakətli yoluxma” təlimi keçirilib. Onlara Almaniya, Seneqal, Liberiya, Sinqapur, Hindistan, Ruanda, Anqola və Nigeriya rəsmiləri də qoşulub. İştirakçılar yeni pandemiyanı müzakirə ediblər, o zaman yeni Seers virusunun adı açıqlanıb.
 Bill Qeyts hazırda ağcaqanadlarla eksperimentlər aparır ki, bu da onun “gizli silahına” çevrilə bilər. Böcəklər 10 min insanı öldürə bilər. Belə olan halda infrastrukturu dağıtmağa ehtiyac qalmır. Yeni bir pandemiya üçün sinir sistemi, mədə-bağırsaq traktı və tənəffüs yollarına təsir edən enteroviruslardan istifadə edilir. Simptomları qızdırma, burun axması, öskürək, qusma və ishal, baş ağrısı və iştahsızlıqdır. Mütəxəssislər isə hesab edir ki, ağcaqanadlarla yoluxan xəstəlik klebsiella infeksiyalarıdır. Bu zaman hemorragik qızdırmalar müşahidə edilir. Ağcaqanadlarla yayılan infeksiyaların qarşısını almaq üçün də ən yaxşı yol ağcaqanadların məhv edilməsidir.
 Gözlənilən təhlükə Bakı əhalisi üçün də real ola bilər. Bakıda nəinki yay aylarında, qışda da ağcaqanadlar «hiperaktiv»dirlər.  Bunun səbəbini mütəxəssislər Bakının rütubətli havası, nəmişlik və bir də, evlərin, binaların zirzəmilərinin qrunt sularıyla dolması ilə izah edirlər. Hətta ağcaqanadların mutasiyaya uğradığını və bu səbəbdən dərmanların da onlara daha təsir etmədiyi bildirilir.

 Həkim-terapevt Şahvələd Məmmədov "Sherg.az"a açıqlamasında ağcaqanadların həqiqətən də ciddi təhlükə olduğunu  deyb. Onun sözlərinə görə, ağcaqanadlar yoluxucu xəstəliklərin daşıyıcılarıdır. Xüsusilə də malyariya xəstəliyinin: 

"Son 100 ildə yoluxucu xəstəliklər geniş yayılıb, bunun əsas səbəblərinlən biri də xəstəlik daşıyıcısı olan həşəratlar, o cümlədən ağcaqanadlardır. Hətta ağcaqanadlar vəba, qarın yatalağı kimi xəstəliklərin pandemiya şəklində yayılmasına da səbəb ola bilir. Azərbaycanda əsasən Aran bölgələrində malyariya təhlükəsi olur. Təcili Tibbi Yardım həkimlərinə həmişə ciddi şəkildə tapşırılır ki, bu bölgədən hər hansı şikayətlə daxil olmuş pasiyentlər malyariya virusu ilə bağlı müayinə edilməlidir.
 Bu xəstəlik qızdırma ilə özünü büruzə verir. Hazırda tibb elmi çox inkişaf edib, müxtəlif dərman preparatları mövcuddur. Bununla belə, yoluxucu xəstəliklərin yayılmasının qarşısını alacaq tədbirlər həyata keçirilməlidir. Şəhərdə kanalizasiya sistemi düzgün qurulmalıdır, çirkab suların toplanmasının qarşısı alınmalıdır.
 Ağcaqanadlar harada çirkab suları varsa, orada çoxalır. Həşəratların çoxalmasına münbit şərait yaradacaq amillər aradan qaldırılmalıdır. Ətraf mühitin çirklənməməsi üçün vacib tədbirlər həyata keçirilməlidir.
Təbii ki, binaların, evlərin zirzəmiləri çirkab sularla doludursa, kanalizasiya suları açıq şəkildə axıdılırsa, ağcaqanad da çoxalacaq, başqa ziyanvericilər də. Ola bilsin, ağcaqanadların da geni dəyişib, bizim istifadə etdiyimiz ağcaqanad əleyhinə dərmanlar da keyfiyyətsizdir, ona görə ağcaqanadlardan xilas ola bilmirik”.