4 mindən artıq Vətən müharibəsi iştirakçısına əlillik təyin edilib
13:36 11.07.2024
Sosial
414
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən indiyədək 4133 nəfər Vətən müharibəsi iştirakçısına əlillik təyin edilib.
Bu barədə “Sherg.az”a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən məlumat verilib.Bildirilib ki, əlillik təyinatı aparılmış şəxslərin hər birinə proaktiv qaydada sosial ödənişlər təyin olunaraq ödənilib.
Əlilliyin qiymətləndirilməsi sahəsində obyektivliyin və şəffaflığın, ədalətli yanaşmanın təmin olunması daim diqqətdə saxlanılır.
Agentlik bu kateqoriyadan olan şəxslərin operativ şəkildə əyani müayinə olunmaları üçün ən müasir diaqnostik, instrumental, laborator avadanlıqlarla təchiz edilib.
Qiymətləndirmə prosesində şəffaflığın təmin olunması üçün əyani müayinələrin foto və videoçəkilişləri də aparılır.
Xatırladaq ki, hərbi səbəblə əlaqədar əlilliyin təyin edilməsi üçün vətəndaşa Hərbi Həkim Komissiyası tərəfindən şəhadətmanə təqdim edildikdən və qeydiyyatda olduğu səhiyyə müəssisəsi tərəfindən elektron göndəriş (Forma 88) rəsmiləşdirildikdən sonra Agentlikdə müvafiq dövlət qurumlarının nümayəndələrindən ibarət komissiya tərəfindən əyani müayinə həyata keçirilir.
Yekunda Komissiya tərəfindən əlilliyin qiymətləndirilməsi ilə bağlı qərar verilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ona “niyə evlənmirsən” sualını verən qonşusunu öldürdü
02:57 22.09.2026
Maraqlı
ABŞ-da iki böyük hava limanında uçuşlar dayandırıldı
01:02 22.09.2026
Dünya
Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Zelenski ilə görüşüb
00:41 22.09.2026
Gündəm
Demensiya yaddaşın tam itirilməsi ilə başlamır - Həkim
23:57 21.09.2026
Sağlamlıq
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual