Azərbaycanda çörəyin qiyməti arta bilər.
Buna səbəb ölkədə yanacağın qiymətinin artması, eləcə də Qazaxıstan və Rusiyadan idxal etdiyimiz buğda ilə bağlıdır.
Belə ki, Azərbaycan daxilində daşımalar, əkin-biçin, kənd təsərrüfatında, aqrar sahələrdə dizel yanacağından istifadə olunur. Azərbaycanda da iki aydır ki, dizel yanacağının qiyməti 25% artıb. Habelə Azərbaycanın əsas buğda aldığı ölkələrdə - Qazaxıstan və Rusiyada daşqınların olması, məhsuldarlığa ciddi təsir göstərib. Bu o deməkdir ki, dünya bazarında da taxılın qiymətinin artması gözlənilir. vakansiya
Bəs çörəyin qiyməti hansı tarixdən bahalaşacaq?
Məsələ ilə bağlı "Sherg.az"a danışan iqtisadçı ekspert Xalid Kərimli bildirib ki, qeyd edilən faktorların heç biri taxılın qiymətinə neqativ təsir göstərməyəcək:
''Yerli daşımaların qiymətinin qalxmasına baxmayaraq, dünyada taxılın dəyəri ucuzlaşır. Ötən ilin avqustu ilə müqayisədə bu il taxılın qiymətində 12 faiz azalma müşahidə edilir. Bunun səbəbi isə məhsulun səviyyəsinin olduqca çox olmasıdır. Yəni, Rusiya daxil olmaqla Avropada məhsul yığını yüksəkdir. Buna görə də nə taxılın, nə də çörəyin qiymətinin bahalaşacağı gözlənilmir. Qeyd edim ki, çörək tənzimlənən bazara aid deyil. Çünki qiymətlər Tarif Şurası tərəfindən təyin olunmur. Burada hökümət qiymətləri maksimum nəzarətdə saxlayır. Bir sözlə, sahibkarlar məhsulun qiymətini dəyişirlər. Hətta, digər çörək növlərinin qiyməti zaman-zaman oynayır. Burada sərt nəzarət mexanizmi yoxdur".