Arıqlamağa kömək edən qovun
Arıqlamağa kömək edən qovun
Yusif Nəzərli
14:37 15.09.2024
Sağlamlıq
672
Gözləri qoruyur, dərini təzələyir
Türkiyənin Elazığ bölgəsinin Kovancılar əyalətində yetişən kultik qovununun bostandan toplanmasına başlanılıb. Kultik qovunu yemişin növlərindən biridir. Formasına görə daha kiçik və yumru olan kultik qovunu adi yemişlərdən fərqlənir. Onu fərqləndirən təkcə forması deyil.
“Sherg.az” “Milliyet.com.tr”yə istinadən xəbər verir ki, qovunun bu növünə tələbat böyükdür. Kiloqramı 25 lirədən satılır. Ətri də gözəldir, dadı da çox şirindir. Onu adətən dəmyə torpaqlarda becərirlər. Ona görə də daha şirin və ətirli olur. Lakin kultik qovununun özəlliyi bununla bitmir. Onun orqanizmə faydaları inanılmazdır. Kultik qovunu orqanizmin su ehtiyatını təmin edir, nəticədə dəri nəmli, təravətli qalır, dəridəki qırışıqlar daha az gözə çarpır. Qovunun tərkibi A, C vitaminləri, kalsium, fosfor, potasiumla zəngindir. Günəş şüalarının yandırdığı dərini kultik qovunu qısa zamanda bərpa edə bilir, dərini təzələyir, gəncləşdirir. Kultik qovunu böyük həcmdə suya sahib olduğundan mədədə toxluq hissi yaradır və əlavə qida qəbulunu əngəlləyir. Bu da artıq çəkidən xilas olmağa kömək edir. Liflərlə zəngin olması səbəbindən həzm sistemində heç bir problem yaratmır. Bağırsaqların fəaliyyətini yaxşılaşdırır, qəbizliyi aradan qaldırır. C vitamini sayəsində orqanizmin immunsistemini gücləndirir, xəstəliklərə qarşı qoruyucu rolunda çıxış edir. Xüsusən payız mövsümünün başlanğıcında xəstəliklərə, soyuqlamaya qarşı önləm alınmasına çox kömək edir. Gözlərin yorulmasının, gözdə bulanıqlığın da qarşısını ala bilir. Tələbələrin, şagirdlərin ondan çox istifadə etmələri məsləhətdir. Qan təzyiqi olanlar da çəkinmədən bu bostan meyvəsindən yeyə bilər. Kultik qovunu tərkibində təbii şəkər olduğundan qanda şəkəri artırmayan meyvədir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sabirabadda uşaq ölü doğulub
11:14 15.09.2026
Hadisə
Yardımlıda 8 kiloqram narkotik vasitə aşkarlanıb
11:06 15.09.2026
Hadisə
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
10:57 15.09.2026
Ölkə
1665-ci gün: Rusiyanın itkiləri yeniləndi
10:27 15.09.2026
Dünya
Kamran Bilalov tiktoker “Çevik”ə qarşı zorakılıqda ittiham olunur
10:23 15.09.2026
Hadisə
Ağdaşda qadın evdə təmizlik işləri görərkən zəhərləndi
10:07 15.09.2026
Hadisə
İran ABŞ PUA-sını vurdu: Hörmüz boğazında gərginlik artır
09:50 15.09.2026
Dünya
Ukraynadan şok: Rusiyanın sərnişin təyyarələrini vuraq!
09:43 15.09.2026
Dünya
Birinci sinfə gedən şagirdlərin sayı AÇIQLANDI
09:41 15.09.2026
Elm və Təhsil
Azərbaycan neftinin qiyməti 127 dolları ötüb
09:34 15.09.2026
İqtisadiyyat
Dünya bazarlarında neft bahalaşır
09:17 15.09.2026
İqtisadiyyat
Avropada Ukraynaya inam sarsılır
09:07 15.09.2026
Gündəm
Bilik Günü Bakını iflic etdi: Metroda və yollarda izdiham - FOTO
09:07 15.09.2026
Cəmiyyət