Baş nazir: Gürcüstan prezidenti istefaya getməli olacaq
Yusif Nəzərli
12:44 01.12.2024
Gündəm
655
Gürcüstanın baş naziri İrakli Kobaxidze bildirib ki, prezident Salome Zurabişvili imtina etməsinə baxmayaraq, vəzifəsindən istefa verməli olacaq.
Sherg.az xəbər verir ki, bundan əvvəl Gürcüstan dövlətinin başçısı bildirib ki, parlament və hökuməti qeyri-legitim hesab etdiyi üçün istefa verməkdən imtina edir. Gürcüstanda prezident seçkiləri dekabrın 14-də keçiriləcək.
Gürcüstanın baş naziri İrakli Kobaxidze deyib: "Mən onun emosional vəziyyətini başa düşürəm, lakin andiçmə günü, dekabrın 29-da o, iqamətgahını tərk etməli və bu binanı qanuni seçilmiş prezidentə verməli olacaq".
Hökumət başçısı müxalifətin tələb etdiyi kimi yeni parlament seçkilərinin keçirilməsini də istisna edib.
Bir gün əvvəl Zurabişvili dekabrın ortalarında səlahiyyətlərinin başa çatmasına baxmayaraq, vəzifəsini tərk etməyəcəyini açıqlamışdı. Onun fikrincə, seçilmiş parlament qeyri-legitimdir, ona görə də yeni prezident seçə bilməz.
Oktyabrın 26-da Gürcüstanda parlament seçkiləri keçirilib. Mərkəzi Seçki Komissiyasının məlumatına görə, hakim “Gürcü arzusu” 53,93% səs toplayıb. Dörd müxalifət partiyası da cəmi 37,78% səs toplayaraq parlamentə daxil olub. Eyni zamanda onların nümayəndələri səsvermənin rəsmi nəticələrini tanımayacaqlarını bəyan ediblər.
Avropayönlü müxalifətə kömək edən ölkə prezidenti Salome Zurabişvili, konstitusiyaya görə, partiyasız olmalı olsa da, seçkilərin nəticələri ilə bağlı etirazlara çağırıb. Bir neçə həftədir ki, mitinqlər davam edir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ÜST-dən SOS - 6 addım 1,6 milyon insanın həyatını xilas edə bilər
19:58 18.11.2026
Aktual
Xosep Qvardiola Səudiyyə Ərəbistanında işləməkdən imtina edib
19:50 18.11.2026
Futbol
Lemmidən çağırış: Yenidən AB üzvü olmalıyıq!
19:42 18.11.2026
Dünya
ABŞ Qeşm adasında SEPAH-ın raket buraxılış məntəqəsini vurdu
19:28 18.11.2026
Gündəm
Əkrəm İmamoğluna iki il həbs cəzası verildi
19:12 18.11.2026
Aktual
KİV: Putin Çinə nüvə çantası ilə gedib
18:24 18.11.2026
Dünya
Sumqayıtda payız-qış mövsümü ilə bağlı müşavirə keçirilib
18:22 18.11.2026
Sosial
KİV: Putin Çinə nüvə çantası ilə gedib
18:09 18.11.2026
Dünya
Dövlət qulluğu üzrə daxili müsahibə elanı ləğv olunub
17:29 18.11.2026
Aktual
Mətbuat Şurası İdarə Heyətinin iclası keçirilib
17:06 18.11.2026
Media
Numan Kurtulmuş Özgür Özəli ziyarət edəcək
16:57 18.11.2026
Siyasət
Bakıda və bəzi rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ
16:54 18.11.2026
Ekologiya