
Ekspert: Ekspres marşrutlar dövrün tələbidir
09:53 09.12.2024
Cəmiyyət
598
Bu gündən Bakı-Sumqayıt istiqamətində 594 nömrəli yeni ekspres avtobus marşrutu istifadəyə verilib.
Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) xəbər verib.
Məlumata görə, marşrut üzrə müasir və komfortlu avtobuslar fəaliyyət göstərir.
"Sumqayıt Avtovağzalından yola düşən avtobusların son dayanacaq məntəqəsi “20 Yanvar” metrostansiyası müəyyən edilib. Əks istiqamətə isə avtobuslar “20 Yanvar” metrostansiyasının digər çıxışında (Sumqayıt istiqamətinə olan çıxışın yaxınlığında) dayanır. Gedişhaqqı 0,80 qəpik müəyyən olunub",- deyə məlumatda qeyd edilib.
Qeyd edək ki, Bakı Beynəlxalq Avtovağzal Kompleksindən Sumqayıta 595 nömrəli ekspres avtobuslar fəaliyyət göstərir.
Nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev “Sherg.az”a bildirib ki, ekspres avtobusların faydası çoxdur:

“Adından da göründüyü kimi ekspresdir. Yəni gediş-gəliş zamanı hər dayanacaqda dayanmayacaq və insanlar vaxt itirməyəcəklər. Ümumiyyətlə öncəki marşrutlar hər dayanacaqda dayandığı üçün vaxt çox gedirdi. Yeni avtobusların nə qədər effektiv olduğunu isə zaman göstərəcək. Ancaq indidən proqnozlaşdırmaq olar ki, effekti çox olacaq. Digər tərəfdən şəhərin bir neçə istiqamətində də bu addımlar planlaşdırılır. Çünki ekspres marşrutlar dövrün tələbidir. Biz tıxacı aradan qaldırmaq və insanların rahatlığı üçün hər bir addıma əl atmalıyıq. Bu konteksdə ekspres marşrutların yaradılması xeyli yüngüllük yaradacaq. Həmçinin avtobus zolaqları çəkildiyinə görə də insanlar rahatlaşıb. Düzdür, bəzi yerlərdə zolaqlar tam deyil, bəzi yerlərdə kəsilir, bəzi yerlərdə isə digər nəqliyyat vasitələri avtobusların yoluna çıxır. Lakin həm avtobus zolağı, həm də yeni marşrutlar vətəndaşları rahat şəkildə gedəcəkləri ünvana vaxtında çatdırmağa müvəffəq olacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İlham Əliyev G20-yə dəvətə görə ABŞ Prezidentinə təşəkkür edib
19:54 08.08.2026
Gündəm
Prezident İlham Əliyevlə Tramp arasında telefon danışığı olub
19:37 08.08.2026
Gündəm
Onlar regionu tərk etməlidir - Vilayəti
17:48 08.08.2026
Dünya
41 dərəcə isti: Nazirlikdən əhaliyə xəbərdarlıq
17:29 08.08.2026
Ekologiya
Paşinyan Əliyevə zəng etməsindən danışdı
16:52 08.08.2026
Gündəm
ABŞ Azərbaycanın sülh gündəliyinə güclü dəstək verdi – ŞƏRH
16:23 08.08.2026
Gündəm
“Barselona” Arauxonu “Liverpul”a göndərir
15:45 08.08.2026
Futbol
Türkiyə Qara dənizdə gəmilərin keçidini məhdudlaşdırır
15:37 08.08.2026
Dünya
Lionel Messinin atası vəfat edib
15:11 08.08.2026
Futbol
Almaniyanın mühüm hərbi bazası üzərində naməlum dronlar uçub
14:34 08.08.2026
Dünya
Lukaku karyerasını Türkiyədə davam etdirə bilər
14:03 08.08.2026
Futbol