
Politoloq: Polşanın AB-yə sədrliyi dövründə Azərbaycan-Ermənistan...
Yusif Nəzərli
12:14 04.01.2025
Aktual
712
Polşa Avropa Birliyi (AB) Şurasına sədrliyi dövründə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılmasına və Cənubi Qafqazda vəziyyətin sabitləşməsinə səy göstərəcək. Bu, Polşanın AB Şurasına sədrliyi ilə əlaqədar fəaliyyət proqramında öz əksini tapıb.
Bildirilib ki, bu addımlar Bakı ilə İrəvanın AB ilə əməkdaşlığının inkişafına da imkan yaradacaq.
Orta Doğu Araşdırmalar Mərkəzinin sədri, politoloq Sədrəddin Soltan “Sherg.az”a bildirib ki, Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr daim olub:

“Azərbaycan və Ermənistan Avropa İttifaqının “Şərq tərəfdaşlığı” proqramının üzvüdürlər. Avropa İttifaqının Parlamenti Azərbayacan qarşı qərəzli çıxışlar etdiyinə görə belə bir təəssürat yaranır ki, iki tərəf arasında ciddi münaqişələr mövcuddur. Ona görə də Avropa İttifaqı Şurasının prespektivdə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına töhfə verməsi rəsmi Bakının da istədiyi məsələdir. Lakin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasında əsas məsələ rəsmi İrəvanın müsbət addımlar atmasıdır. Ermənistan konstitusiyasını dəyişməli və mina xəritələrini Azərbaycana verməlidir. Polşanın Avropa Birliyi Şurasına sədrliyi dövründə Azərbaycan-Ermənistan əlaqələrinə yardım etməsi xoş hal olardı. Azərbaycanla Ermənistanın şərti sərhədində Avropa Şurasının mülki müşahidə missiyası fəaliyyət göstərir. Həmin mülki müşahidə missiyasının həmin ərazidə yerləşmə müddəti başa çatır və Polşanın sədrliyi dövründə bu istiqamətdə addımlar atılarsa, Azərbaycan-Ermənistan əlaqələrinin normallaşmasına töhfə ola bilər. Polşa Rusiya və Ukrayna müharibəsindəki ədalətsizlikləri görür. Çünki Ukrayna ilə Polşa eyni etnosdur. Polşanın Aİ-yə sədrliyi dövründə Ermənistanın Azərbaycana vurduğu ziyanın qarşılığı mövzusunda müəyyən addımlar atması da müsbət hal sayılar”.
Qalereya
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İranın bir sıra şəhərlərində partlayış səsləri eşidilib
20:44 01.09.2026
Gündəm
Bakıda qardaş və bacı bir-birini bıçaqladı
20:30 01.09.2026
Hadisə
ŞƏT-də Azərbaycanla bağlı HESAB DƏYİŞİR - ŞƏRH
19:53 01.09.2026
Gündəm
“Trabzonspor” Fatih Tekke ilə yollarını ayırdı
19:43 01.09.2026
Futbol
Sülhün ən böyük təminatı imza yox, AÇIQ YOLLARDIR - TƏHLİL
19:35 01.09.2026
Gündəm
İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb
19:26 01.09.2026
Rəsmi
Ərdoğan: Türkiyə-Rusiya münasibətləri çox yüksək səviyyədədir
19:08 01.09.2026
Region
Putin və Pezeşkian danışıqlar aparıb
19:00 01.09.2026
Gündəm
Sahibə Qafarova Somali Prezidenti ilə görüşdü
18:52 01.09.2026
Siyasət
Ərdoğan: Akkuyu Atom Elektrik Stansiyasının son mərhələsindəyik
18:33 01.09.2026
Aktual
İran XİN: ABŞ-nin heç bir təxribatı cavabsız qalmayacaq
18:19 01.09.2026
Region
Rəcəb Tayyib Ərdoğan Bişkekdə Putinlə görüşüb
18:02 01.09.2026
Gündəm