Evlilik xoşbəxtlik gətirirmi? - Alimlər açıqladı

Bir çox araşdırmalar göstərir ki, evlilik cütlükər arasında həyəcan və ehtirası azaldır. Mütəxəssislər tərəfdaşlar arasında ünsiyyət problemlərinin xüsusilə birinci ildən sonra ortaya çıxdığını və getdikcə artdığını bildirirlər. 

“Sherg.az” xəbər verir ki, Yeni Zelandiyada aparılan yeni bir araşdırma nikahda narazılığın illər keçdikcə artdığını və cütlükərin bir-birinə qarşı daha az dözümlü olduqlarını ortaya çıxarıb. 

Analiz 2025-ci ilin yanvarında Simon Fraser Universiteti tərəfindən aparılıb. Araşdırmada nikahdan əvvəl birlikdə yaşayıb sonra evlənən 1520 iştirakçının 14 illik məlumatları araşdırılıb. Hər il iştirakçılar hələ də evli olub-olmadıqlarını qeyd ediblər və tərəfdaşları ilə münasibətlərindən nə dərəcədə razı qaldıqlarını bildiriblər. 

 Alimlər nikahdan əvvəl bir-birləri ilə xoşbəxt olan cütlüklərin evləndikdən təxminən bir il sonra bir-birlərinə qarşı daha az səbirli olduqlarını müşahidə ediblər. Üstəlik, bu dözümsüzlük sonrakı illərdə də artmaqda davam edib. Yenə də evlilik və xoşbəxtlik arasındakı əlaqəyə dair araşdırmalar adətən tək bir qrupu əhatə etdiyi və bu cür psixoloji təhlillər subyektiv qiymətləndirmələr ehtiva etdiyini söyləmək gərəkir.