
Orta Şərqdə yeni dövr: PKK-nın aradan qaldırılması mərhələsi çətin və ağrılı keçəcək -ANALİZ
09:57 07.07.2025
Dünya
420
Hasan Oktay: PKK vasitəsilə Türkiyənin yayılma təsirinin qarşısını almaq cəhdləri, qarşıdakı günlərdə bəzi hücumların artmasına səbəb ola bilər
İraqın şimalında mağarada əməliyyat-axtarış tədbirləri zamanı Türkiyə Ordusunun daha dörd hərbçisi şəhid olub.
Bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, 6 iyul 2025-ci il tarixində ”Pençe-Kilit” əməliyyatı bölgəsində separatçı terror təşkilatı üzvlərinin istifadə etdiyi bir mağarada aparılan əməliyyat-axtarış tədbirləri zamanı metan qazından zəhərlənən daha dörd hərbçi həyatını itirib. Şəhid olan hərbçilərin sayı 12-yə yüksəlib.
Qeyd edilib ki, Türkiyənin Milli Müdafiə naziri Yaşar Gülər yoxlamalar aparmaq və şəhidlərin vida mərasimlərində iştirak etmək üçün bölgəyə gedib.
Ankarada fəaliyyət göstərən Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) sədri, politoloq Hasan Oktay Sherg.az-a deyib ki, 1991-ci ilin son ayında Sovet İttifaqı dağıldıqdan sonra ruslar dünya geosiyasətində geri qalmamaq üçün bir çox sahədə ciddi mübarizə apardılar:

"Bu sahələrin başında Cənubi Qafqaz və BƏƏS rejiminin hakim olduğu İraq və Suriya coğrafiyası gəlirdi. Cənubi Qafqazda ruslar hələ də təsirlərini itirməmək üçün dirənişlərini davam etdirirlər. Suriya rejiminin süqutu isə rusları ciddi şəkildə çətin vəziyyətə saldı. Bununla yanaşı Ukrayna böhranı da Rusiya üçün qəbul edilə bilən bir hal deyildi. Sovet sisteminin ən böyük rəqibi NATO konsepti və onun üzvləri ilə mübarizədə olan Rusiya, Türkiyəyə qarşı da ciddi planlar, layihələr və strategiyalar inkişaf etdirmişdi. Bu planlardan biri də PKK terror təşkilatı idi. Bu təşkilatın ruslar tərəfindən qurulduğu, sonradan isə dünya geosiyasətində başqa güc mərkəzləri tərəfindən də Türkiyəyə qarşı istifadə edilə bilən bir vasitəyə çevrildiyi müşahidə olunub. Suriyada BƏƏS rejimi devrildikdən sonra PKK-nın bölgədə möhkəmlənmək şansı real görünmürdü. Hətta İsrailə qarşı vasitə müharibəsi aparan İranın təsirində olan digər təşkilatların da böyük təmizləmə mərhələsindən keçdiyi bir dövrdə, PKK-nın silah qoyma çağırışı prosesi başladıldı. Bu isə PKK daxilində digər təsir gücünə sahib olan qüvvələri hərəkətə keçirdi".
Politoloq əlavə edib ki, PKK-nın dağılma prosesi, təşkilatın tamamilə aradan qaldırılması mərhələsi çətin və ağrılı keçəcək:
"Qarşıdakı günlərdə hər nə qədər silah qoyma mərasimləri keçirilsə də, bu proses davam etdiyi müddətdə PKK adından bəzi hücumların baş verməsi də istisna deyil. Məsələn, 12 əsgərimizin şəhid olduğu hadisə bir toqquşma deyildi. PKK-nın tərk etdiyi və xəstəxana kimi, mağara kimi istifadə edilən bir məkanda Türk əsgərlərinin apardığı axtarış-tarama əməliyyatı zamanı mağarada metan qazının açığa çıxması nəticəsində 12 əsgərimiz şəhid oldu. Bu hadisə ilə bağlı müxtəlif fərziyyələr irəli sürülsə də, Milli Müdafiə Nazirliyinin verdiyi açıqlama bu məsələdəki sualları aradan qaldırılıb".
Hasan Oktayın sözlərinə görə, Orta Şərqdə yeni bir dövr başlayacaq:
"Bu ağrılı keçid dövründə bölgədə təsir sahibi olmaq istəyənlər bəzən PKK vasitəsilə Türkiyənin bölgədəki təsirini azaltmaq məqsədilə müxtəlif hərəkətlər edə bilərlər. Sykes-Picot və Sevr müqavilələrinin ortaya qoyduğu sistem artıq tıxanmış vəziyyətdədir. Orta Şərqdə yeni bir düzənə ehtiyac var. Bu da Mustafa Kamal Atatürk və silahdaşlarının Türkiyədə qurduğu dünyəvi, demokratik, konstitusion və insan haqlarına əsaslanan bir sistemin artıq Orta Şərqdə də hakim olmağa başlamasını gündəmə gətirir. PKK vasitəsilə Türkiyənin yayılma təsirinin qarşısını almaq cəhdləri, qarşıdakı günlərdə bəzi hücumların artmasına səbəb ola bilər. Həm PKK, həm də bu silah qoyma prosesini idarə edən Türkiyənin səlahiyyətli orqanları bu yeni dövrü soyuqqanlılıqla və düzgün şəkildə idarə edərək, keçid mərhələsini qəzaya uğratmadan məqsədinə çatdıracaqlar".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hörmüz boğazında 2 tankerdə partlayış oldu
19:26 12.11.2026
Gündəm
Bakıda oğurluq edən şəxslər saxlanıldı
19:10 12.11.2026
Hadisə
Məhkəmə general-mayor Natiq Əliyevin qızı ilə bağlı qərar verdi
18:48 12.11.2026
Hadisə
Ağ Evin yaxınlığında silahlı insident: azı 4 nəfər yaralanıb
18:33 12.11.2026
Dünya
Rusiya Prezidenti: Ukraynada əbədi sülh istəyirəm
18:20 12.11.2026
Gündəm
“Nvidia” rəhbəri Yensen Huanq istefa verib
18:14 12.11.2026
Dünya
Paşinyan və nazirlərin maaşlarının artırılması təxirə salındı
17:59 12.11.2026
Region
ABŞ Avropa ilə yeni təhlükəsizlik arxitekturasını müzakirə edir
17:55 12.11.2026
Gündəm
Tramp: İranla razılaşmaya ehtiyacımız yoxdur
17:35 12.11.2026
Gündəm
AZAL-ın gənc pilotu təlim uçuşlarını başa vurub - FOTO
17:15 12.11.2026
Gündəm
Bir ailənin 9 üzvü plov və pomidor turşusundan zəhərləndi
17:13 12.11.2026
Hadisə
Sona Qazaryan: KTMT artıq özünü tükədib
16:45 12.11.2026
Gündəm