Rasim Musabəyov: "Rusiya Azərbaycanı öz arxasınca süründürmək istəyir, ancaq bu, qeyri-mümkündür"
Yusif Nəzərli
06:53 26.07.2025
Siyasət
302
“Moskva ilə Bakı arasında münasibətlər möhkəm təmələ malikdir, lakin hazırda çətin dövrünü yaşayır”. Bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov söyləyib. Kreml sözçüsü bildirib ki, həqiqətən də, möhkəm təməl, iki ölkənin maraqlarının üst-üstə düşməsi və qarşılıqlı hörmətə əsaslanan faydalı əməkdaşlıq var:
"Amma bəzən elə olur ki, iki ölkə arasında münasibətlərdə çətin dövrlər olur. İndi də belə dövrlərdən biridir". Peskov bu gərgin dövrün bitəcəyinə ümid etdiyini dilə gətirib. Bildirib ki, hər iki ölkə arasında əməkdaşlıq qarşılıqlı fayda gətirir. Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova da bildirib ki, Moskva Bakı ilə münasibətlərin tezliklə normallaşacağını gözləyir. Zaxarova Azərbaycanın Moskvadakı səfiri Rəhman Mustafayevin bir müddət öncə XİN-ə çağırılaraq ona Bakıda saxlanılan Rusiya vətəndaşlarının dərhal azad edilməsi tələbi ilə bağlı nota təqdim edildiyini xatırladıb. Onun sözlərinə görə, hazırda Azərbaycanla ikitərəfli münasibətlər çətin mərhələdədir. Xatırladaq ki, Yekaterinburqda iki azərbaycanlının vəhşicəsinə öldürülməsindən sonra Azərbaycanla Rusiya arasında münasibətlər gərginləşib.
Millət vəkili Rasim Musabəyov deyib ki, Rusiya rəsmiləri hər bir halda diplomatik etikadan kənara çıxmamağa çalışırlar. Deputat vurğulayıb ki, ümumən isə Kremldən verilən tapşırıqların icra olunduğu göz önündədir:
"Rəsmi və qeyri-rəsmi media, sosial şəbəkələr, ekspertlər sanki Azərbaycana qarşı informasiya müharibəsi başladıblar, hədələr səsləndirirlər. O cümlədən Rusiya parlament üzvləri Azərbaycanı bombardman etməklə bağlı paylaşımlar edir. Bunları görməzdən gəlirlər və üstəlik, bəyan edirlər ki, Rusiyanın Azərbaycandan gözləntiləri var. Əksinə, Azərbaycanın Rusiyadan haqlı tələbləri, gözləntiləri var. Hazırda Rusiyada azərbaycanlılara qarşı tuthatut, qovhaqovdur. Heç bir əsas, dəlil, sübut olmadan insanlara təzyiq göstərirlər, işgəncəyə məruz qoyurlar, ölüm həddinə kimi döyürlər. İndi durub Azərbaycana şərt qoyurlar?! Düşünmürəm ki, Rusiyanın şərtləri ciddi qəbul olunacaq. Ümumiyyətlə, baş verənlərlə bağlı ikitərəfli kommunikasiya yoxdur, müzakirələr aparılmır. Rusiyanın sərgilədiyi mövqe kommunikasiya üçün hələlik imkan yaratmır. İndi iki ölkə bir-birinə qarşılıqlı nota göndərir. Rusiya birtərəfli qaydada Azərbaycandan heç nə əldə edə bilməyəcək".
Parlament üzvü əlavə edib ki, Rusiyanın öz qanunvericiliyinə əsasən müharibə çağırışları məsuliyyət yaradır:
"Yüksək cərimələrdən tutmuş həbsə qədər cəzalar tətbiq olunur. Ancaq hazırda teleqram kanallarında müharibə çağırışları edən, "Azərbaycan bombalanmalıdır" deyənlərə "gözün üstündə qaşın var" deyən yoxdur. Bu o deməkdir ki, hədə kampaniyasına məqsədli şəkildə göz yumulur, şərait yaradılır. Biz buna səssiz qala bilmərik. Rusiya Azərbaycanı öz arxasınca süründürmək istəyir, ancaq bu, qeyri-mümkündür. Rusiyanın indiki siyasəti bu ölkəni dünyadan təcrid edib. Rusiyaya qarşı sanksiyalar getdikcə güclənir. Azərbaycandan Rusiyaya qarşı heç bir provokasiya, separatizmi dəstəkləməklə bağlı hərəkət yoxdur. Münasibətlər soyuq olan kimi dərhal qonşu ölkəyə hərbi müdaxilə etmək lazımdır?! Xeyr. Münasibətlər fərqli ola bilər, ancaq hərbi əməliyyat üçün çox ciddi hadisələr baş verməlidir. Azərbaycan da o dərəcədə aciz ölkə deyil ki, Rusiya ölkəmizə qarşı cavabsız hərbi təzyiqlərə əl atsın. Bunun üçün Rusiyanın heç bir bəhanəsi, səbəbi yoxdur. Azərbaycan heç bir ölkəyə yuxarıdan aşağı danışmaq imkanı verməyəcək".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qarabağ və ətrafında 1,5 milyondan çox mina təhlükəsi qalır
16:22 01.05.2026
Gündəm
Kartlardan ardıcıl pul çıxılması niyə baş verir? - İZAH GECİKMƏDİ
15:04 01.05.2026
Aktual
İlham Haqverdiyevə hökm oxunub
14:39 01.05.2026
Cəmiyyət
Vətəndaşların müraciətlərinə dair yeni tələblər müəyyənləşir
14:14 01.05.2026
Sosial
Azərbaycanda səyyar gömrük yoxlanışı aparılacaq - Yeni qanun
14:00 01.05.2026
Gündəm
Dünya bu görüntünü danışır: “Bu adamla əl sıxmaram”
13:49 01.05.2026
Dünya
Əraqçi: ABŞ İranda 100 milyard dollar xərcləyib
13:39 01.05.2026
Gündəm
"Barselona" Fliklə bağlı qərar verdi
13:32 01.05.2026
Futbol
Əraqçi və Kallas regional məsələləri müzakirə edib
13:17 01.05.2026
Dünya
Milli-mənəvi dəyərlər cəmiyyətin əsas sütunudur
13:07 01.05.2026
Cəmiyyət
Operativ nəqliyyat vasitələrinin əhatə dairəsi genişləndirilir
13:02 01.05.2026
Gündəm