Sürüşkən siyasət: Paşinyan Rusiyaya qarşı sərt ifadələrdən çəkinməyə üstünlük verir
10:09 03.09.2025
Cənubi Qafqaz
429
Ermənistan Baş naziri Nikol Paşinyan komanda üzvlərinə Rusiya ilə bağlı xəbərdarlıq edib.
Bu barədə “İravunk” qəzeti məlumat yayıb.
“Hakimiyyətdəki mənbələrimizə görə, Paşinyan parlamentin payız sessiyası öncəsi hakim “Vətəndaş Müqaviləsi” Partiyası fraksiyasının rəhbəri Hayk Konjoryan vasitəsilə deputatlara yeni göstərişlər verib: az danışın, çox işləyin. Həmçinin baş nazir xüsusi xəbərdarlıq edib ki, hamı bir daha Rusiya mövzularında danışmamalıdır”, - nəşr bildirib.
Mənbə qeyd edib ki, Paşinyan həmçinin bütün ermənilərin katolikosu II Qaregin haqqında danışmamaq, parlamentin vitse-spikeri, Türkiyə üzrə xüsusi nümayəndə Ruben Rubinyanın göstərişlərinə diqqətlə qulaq asmaq göstərişi verib: “İki yeni deputatı isə bir daha ağızlarını açmamağa çağırıb”.
Xatırladaq ki, Ermənistan baş naziri avqustun 31-də Çində Rusiya Prezidenti Vladimir Putinlə görüşüb. Hakim komandaya edilən xəbərdarlığın bundan sonra gəlməsi diqqət çəkib.
Cross Media Təhlil Mərkəzinin analitiki, siyasi şərhçi Mübariz Göyüşlü Sherg.az-a deyib ki, Ermənistanda həmişə sürüşkən siyasətin şahidi olmuşuq:
"Onlar bu gün bir fikir səsləndirirsə, sabah, yaxud ertəsi gün tam fərqli bir mövqe ortaya qoya biləcək "potensialdadırlar". Məsələn, Paşinyan hakimiyyətə gəldiyi ilk dövrlərdə Rusiyaya qarşı mənfi açıqlamaları, bəyanatları və davranışları ilə seçilirdi. Elə həmin dövrdə onun bəzi çıxış və qərarlarını olduqca sərt hesab edənlər də vardı.
Hətta belə qənaət formalaşmışdı ki, Rusiyanın Ermənistana hərbi müdaxilə etmək, yaxud çevriliş təşkil etmək ehtimalı mümkündür. Digər tərəfdən İrəvanda Rusiyaya bağlı bir qorxu mühitinin də yarandığının şahidi olurduq. Məhz bu səbəbdən görünür ki, Paşinyan sonrakı mərhələdə ritorikasını yumşaltmağa, üslubunu sadələşdirməyə və Rusiyaya qarşı sərt ifadələrdən çəkinməyə üstünlük verib. Gələcəkdə bu siyasətin hansı istiqamətdə inkişaf edəcəyini isə onun davranışlarını müşahidə etməklə görmək mümkün olacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Paşinyanın Moskva səfəri gözlənilən nəticəni vermədi - ŞƏRH
13:06 10.07.2026
Gündəm
İnzibati Xətalar Məcəlləsində dəyişiklik ediləcək
12:57 10.07.2026
Gündəm
Balıqçılıq məhsullarının yeni satış qaydası müəyyənləşir
12:55 10.07.2026
İqtisadiyyat
Xameneinin vida mərasimində 43 milyona yaxın insan iştirak etdi
12:47 10.07.2026
Gündəm
Kamilo Duran "Qarabağ"dan "Seltik"ə transfer olundu
12:26 10.07.2026
Futbol
Azərbaycanın xarici dövlət borcu 8% azalıb
12:20 10.07.2026
İqtisadiyyat
Kıvanç Tatlıtuğ ikinci dəfə ata olacaq
12:15 10.07.2026
Şou
Kəlbəcərdə iki mina partladı
12:10 10.07.2026
Hadisə
FHN “İçərişəhər” qoruğunda təlim keçirəcək
11:57 10.07.2026
Gündəm
Bu məhsullar gömrük rüsumundan azad edilir
11:49 10.07.2026
İqtisadiyyat
"Cəddin Dədən": Bir marşdan daha artıq
11:22 10.07.2026
Maraqlı
Zeynəbin axtarışları hələ də davam edir - VİDEO
11:12 10.07.2026
Hadisə
Rusiya XİN-dən Ukrayna və NATO ilə bağlı sərt açıqlamalar
10:54 10.07.2026
Dünya
Türkiyənin F-35 proqramına qayıdışı Afinada narahatlıq yaradıb
10:25 10.07.2026
Dünya
Zakir Həsənov Selçuk Bayraktarı qəbul etdi
10:16 10.07.2026
Gündəm