44 dil bilir: Toyunda belə dərs çalışdı
05:47 02.11.2023
Cəmiyyət
562
Onun həyatını alman dilində nağıl kitabı dəyişib. Bu kitabı əlinə aldıqda əcnəbi dillərə maraq yaranıb və həyatının sonrakı illərini yalnız xarici dilləri öyrənməyə sərf edib. “Sherg.az” “Milliyet.com.tr”yə istinadən 44 əcnəbi dil bilən Enis Tataroğlunun həyat hekayəsini təqdim edir. Enis 1978-ci ildə Qaziantepdə dünyaya gəlib. Məktəbə də orada gedib.
Ali təhsilini ingilis dili və ədəbiyyatı üzrə alıb. Əlavə olaraq sənət tarixi, alman ədəbiyyatı və iqtisadiyyat fənlərini də öyrənib. Enis Tataroğlunun hobbisi əcnəbi dillərdir. İngilis dili müəllimi olan Enis Tataroğlu alman, fransız, italyan, ispan, xorvat, serb, boşnak, rus, yunan, latın, yapon, erməni, fars və ibrani dilini də bilir. Enis ingilis dilində danışmağa 10 yaşında başlayıb. Anasıyla Bergamaya səfər edərkən orada turistlərlə ünsiyyət qurub. Bir-iki kəlmə ilə başlayan ünsiyyət Enisdə ingilis dilinə maraq oyadıb və o, ilk olaraq ingilis dilini öyrənməyə başlayıb. Sonra isə Almaniyadan Türkiyəyə qayıtmış qonşuları ona alman dilində nağıl kitabı bağışlayıb və beləliklə, Enis alman dili ilə maraqlanıb. “Liseydə təhsil aldığım illərdə Dilək adlı xanım vardı. Mənə almanca və fransızca kitablar vermişdi. Vaxt darlığı olsa da mənə dilləri öyrətməyə çalışırdı. Ona çox minnətdaram”, deyən Enis yunan dilini isə mahnılar dinləyərək öyrənib. Enis əcnəbi dilləri 18 günlə 3 ay arasında öyrənməyin mümkünlüyünü bildirib. Enisin dil öyrənmək istəyi o qədər güclüdür ki, hətta öz toyuna da əlində dəftər gəlib və toy zamanı fürsət düşdükcə dəftərdəki əcnəbi sözləri əzbərləyib. “Mənə “toyunda dil öyrənən oğlan” ləqəbi veriblər. Dil öyrənmək mənim üçün bir sevdadır. Bundan əl çəkə bilmirəm”, söyləyən Enis Tataroğlu əcnəbi dil öyrənməyin, əslində, asan olduğunu, lakin böyük əzm və istəyə bağlı olduğunu bildirib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tokayev Ermənistana səfər edəcək
20:16 24.08.2026
Gündəm
İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb
19:50 24.08.2026
Rəsmi
Ağ bayraq qaldırmaq istəməyən İran daha da sərtləşəcək - Ali Satan
19:36 24.08.2026
Gündəm
Bu şəxslər də hərbi xidmətə çağırılacaq
18:45 24.08.2026
Aktual
Universitetlərə qəbul imtahanlarının nəticələri - Açıqlandı
18:44 24.08.2026
Elm və Təhsil
Bakının bir sıra yollarında sıxlıq var - SİYAHI
18:41 24.08.2026
İnfrastruktur
Rusiya və Ermənistanı sərt ayrılıq gözləyir - Politoloq Atayev
18:38 24.08.2026
Gündəm
Bu il 44 min uşaq bağçalara qəbul olunub
18:14 24.08.2026
Elm və Təhsil
Dövlət Statistika Komitəsində struktur və kadr dəyişiklikləri olub
18:12 24.08.2026
Aktual
Rusiyadan açıq hədə: Növbədə bu ölkələrdir
18:10 24.08.2026
Dünya
Baş nazir: Ermənistan bundan sonra diaspordan yardım istəməyəcək
18:01 24.08.2026
Region
Rusiyada səfərbərliyə hazırlıq gedir
17:55 24.08.2026
Dünya
Baş nazir: Ermənistan bundan sonra diaspordan yardım istəməyəcək
17:52 24.08.2026
Region
Tramp: İran tamamilə çökür
17:47 24.08.2026
Dünya