500 nəfərlik toylar başlayır
Yusif Nəzərli
08:10 30.04.2022
Cəmiyyət
547
Şadlıq sarayları qiymət artımını qonaq sayı ilə kompensasiya edə bilər
"Görək karantindən sonrakı toy məclisləri, yas mərasimləri necə olacaq, hansısa dəyişiklik baş verəcəkmi? Pandemiya da bizim insanların təfəkkürünü dəyişməyibsə, daha deməyə söz qalmır"
Ramazan ayının sona çatmasıyla şadlıq saraylarının bazarı işə düşəcək. Bir ay “dişini sıxan” şadlıq sarayları mübarək ay bitər-bitməz qapılarını taybatay açacaq. Hərçənd Ramazan ayında toy-nişan edənlər az da olsa vardı. Amma kütləvilik bir-iki gündən sonra başlayacaq. Artıq sifarişlər alınır, tarixlər müəyyənləşir, yerlər tutulur.
Ərzaq, ya qeyri-ərzaq, fərq etmir, ümumi qiymət bahalaşması fonunda şadlıq saraylarının da qiymətləri qaldıracağı şübhəsizdir. 2 ilə yaxındır pandemiya səbəbindən ürəyi istəyən formada toy edə bilməyənlərin qarşısında artıq heç əngəl qalmayıb, qiymətlərdən savayı. Şadlıq saraylarının qiymətində ötən il - karantin qaydaları yumşaldılıb, toy məclislərinə COVİD pasportu tələbi və qonaq sayına məhdudiyyət qoyulduğu zaman artım oldu. Şadlıq saraylarının rəhbərləri qiymət artımını “qonaq sayı azdır, bunu qiymətlərlə kompensasiya etməyə məcburuq”, deyərək səbəbi məhdudiyyətlərə bağladılar. Lakin artıq say məhdudiyyəti aradan qaldırılıb, gözlənilir ki, tibbi maska qadağası qaldırılırsa, COVİD pasportu tələbi də ləğv ediləcək. Qadağaların ləğvi toy qiymətlərinin qalxmamasına səbəb ola bilərmi?
İqtisadçı Natiq Cəfərli “Şərq”ə açıqlamasında qeyd etdi ki, qadağaların qaldırılması əslində qiymətlərin ucuzlaşmasına şərait yaradır:
- Karantin qaydalarına dəyişiklik edilib toy məclislərinə icazə verildikdə qonaq sayının 150-dən artıq olmaması şərti qoyuldu. Bu da sahibkarlara sərf etmədiyindən qiymətlərdə artım oldu, çünki az qonaq sayını qiymətlərlə kompensasiya etməyə çalışdılar. Amma artıq qonaq sayına məhdudiyyət yoxdursa, əvvəlki kimi toylar 500 nəfərlik, hətta daha artıq dəvətli ilə keçiriləcəksə, bu, qiymətlərin sabitləşməsinə, hətta ucuzlaşmaya da səbəb olmalıdır. Məntiqlə belədir. Qiymətlərdə sabitləşmə gözləmək olar. Amma başqa bir nüans var ki, bu da ərzaq qiymətlərindəki 18 faizlik inflyasiyadır. Bu, əlbəttə ki, ərzaq məhsullarının qiymətinin bahalaşmasına səbəb olub, ərzağın qiymətində hazırda nəzərə çarpacaq artım var. Qiymətlərin enəcəyi ehtimalı da azdır. Şadlıq sarayları ərzağın qiymətindəki artımı səbəb göstərəcək. Lakin şadlıq sarayları vətəndaşların da qiymət bahalığından əziyyət çəkdiyini, zərərçəkən olduğunu nəzərə alıb, qiymət artımını qonaq sayı ilə kompensasiya edə bilər. Yəni toylara əvvəlki qaydada qeyri-məhdud sayda qonaq dəvət ediləcəksə, qiymətləri qaldırmamaq olar. Çünki əhalinin də maddi durumu nəzərə alınmalıdır. Şadlıq sarayları yaranmış şəraitdən istifadə edib sifarişçiyə uyğun qiymətlər təklif edib, ərzaq qiymətlərindəki artımın qarşısını qonaq sayı ilə kəsə bilər. Zatən toylarda 3 cür menyü təklif edilir: sadə, orta və bahalı. Hər kəs də imkanı daxilində menyünü seçir.
N.Cəfərli qeyd etdi ki, əslində pandemiya toy və yas mərasimlərinin keçirilmə qaydalarında dəyişiklik ediləcəyinə ümidləri artırır:
- Lakin vətəndaşlarımız bununla razılaşacaqmı? Aydın məsələdir ki, bizdə toyda da, yasda da hədsiz israfçılığa yol verilir. Düşünmürəm ki, dünyanın hansısa ölkəsində bizdəki kimi toy və ya yas keçirilsin. İlk növbədə vətəndaşların toy və yas mərasimi barədə düşüncəsi dəyişməli və bu dəyişiklik davranışlarda əksini tapmalıdır. Toyların keçirilmə qaydasını dəyişmək olar. Yersiz rəqabət, nəticədə isə israfçılıq və ziyana uğramaq, hətta müflisləşmək nəyə lazımdır? Görək karantindən sonrakı toy məclisləri, yas mərasimləri necə olacaq, hansısa dəyişiklik baş verəcəkmi? Pandemiya da bizim insanların təfəkkürünü dəyişməyibsə, daha deməyə söz qalmır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kanyenin qızının ilk albomu!
05:35 05.05.2026
Şou
Bu tarixdə doğulan kişilərdən qaçmalısınız - Məyusluq mənbəyi
05:00 05.05.2026
Maraqlı
Volkan Dəmirəl “Gənclərbirliyi”nin baş məşqçi postundan ayrılıb
04:14 05.05.2026
Futbol
ÜST Hantavirusun yayılmasını elan etdi - Simptomlar
03:40 05.05.2026
Sağlamlıq
CeyLo idman zalına gedərkən…
03:03 05.05.2026
Şou
Aktrisa Nəsrin Cavadzadə səssiz- səmirsiz evləndi
02:34 05.05.2026
Şou
Tramp: ABŞ daha yüksək idxal rüsumları tətbiq edəcək
02:21 05.05.2026
Gündəm
Juninyo "Qarabağ"a qayıdır?
01:53 05.05.2026
Futbol
KİV: ABŞ-da benzinin qiyməti rekord həddə çatıb
01:01 05.05.2026
İqtisadiyyat
Ağ Evin yaxınlığında silah səsləri eşidilib
00:38 05.05.2026
Dünya
Zelenski: Ukrayna mayın 6-dan etibarən “sükut rejimi” elan edir
23:40 04.05.2026
Dünya
Mingəçevirdə tələbə ölüb
23:19 04.05.2026
Hadisə
"Qarabağ" qalib gəldi
23:06 04.05.2026
Futbol
Ciorcia Meloninin Azərbaycana səfəri başa çatıb
22:55 04.05.2026
Siyasət
“Paşinyanı devirmək planı var” - ŞƏRH
22:21 04.05.2026
Gündəm
“Dərslik tənqidləri qeyri-obyektivdir” - Tarix müəllimi
22:16 04.05.2026
Elm və Təhsil