ADA və Bolonya universitetləri ilk birgə proqrama başlayıblar - FOTO
Yusif Nəzərli
09:03 25.04.2023
Cəmiyyət
291
ADA Universiteti ilə Bolonya Universitetinin (İtaliya) kənd təsərrüfatı və qida sisteminin idarə edilməsi üzrə ilk qısamüddətli birgə proqramının açılış mərasimi keçirilib.
“Report” xəbər verir ki, görüşdə ADA Universitetinin rektoru Hafiz Paşayev çıxış edib.
Bildirilib ki, Azərbaycan universitetinin iki nümayəndəsi artıq Bolonyada doktoranturada təhsil alır, daha 10 nəfərin Bolonya Universitetinə göndərilməsi nəzərdə tutulur.
ADA və Bolonya Universiteti arasında ilk qısamüddətli birgə proqram üç həftə davam edəcək.
H.Paşayev bu proqramın dünyanın ən qədim universiteti ilə birgə həyata keçirilməsindən məmnun olduğunu qeyd edib: “Ölkəmizin iqtisadiyyatında energetikadan sonra ikinci yeri kənd təsərrüfatı sahəsi tutur”.
O əlavə edib ki, sertifikatların ilk sahibləri proqramın gələcək icrasına töhfə verəcəklər.
ADA Universitetinin rektoru bu proqramın Azərbaycanda kənd təsərrüfatının inkişafı üçün əhəmiyyətli olduğunu vurğulayıb.
Bolonya Universitetinin professoru Rafaella Kompaner isə deyib ki, rəhbərlik etdiyi universitet yeniliklər etməyə və digər təhsil müəssisələri ilə əlaqələri inkişaf etdirməyə çalışır.
Onun sözlərinə görə, Bolonya Universiteti üçün beynəlmiləlləşməyə və mədəniyyətlərin qarışmasına töhfə vacibdir:
“Məqsədimiz ADA Universiteti ilə birgə işləmək, əməkdaşlıq etmək, tələbə mübadiləsi həyata keçirməkdir. İndi bizim daha çox akademik proqramlar hazırlamaq və əməkdaşlığımızı gücləndirmək imkanlarımız var”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İranla razılaşma yoxdursa ağır mərhələ başlayacaq - TƏHLİL
16:36 13.02.2026
Gündəm
Ata Abdullayev azadlığa buraxılıb
16:15 13.02.2026
Cəmiyyət
İsrail Baş naziri: İranla razılaşmaya şübhə edirəm
15:52 13.02.2026
Gündəm
NATO baş katibi: Rusiya Ukraynada ilbiz sürəti ilə hərəkət edir
15:44 13.02.2026
Gündəm
Estoniya səfiri iqamətgahını Gürcüstandan Ermənistana köçürür
15:24 13.02.2026
Region
İlham Əliyev Almaniyaya səfərə gedib
15:12 13.02.2026
Rəsmi
Qaxın sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 13.02.2026
Hadisə
Ötən il 17 uşaq müəssisəsində monitorinq aparılıb
14:35 13.02.2026
Sosial
"Ramştayn" Ukrayana 36 milyard dollar həcmində hərbi yardım ayırıb
14:22 13.02.2026
Dünya
Ermənistan-Türkiyə sərhədinin açılma tarixi məlum deyil
14:06 13.02.2026
Gündəm
Yasamalda hoteldə 25 yaşlı oğlanın meyiti tapılıb
14:03 13.02.2026
Hadisə
Küləyin sürəti güclənəcək - XƏBƏRDARLIQ
13:31 13.02.2026
Ekologiya
Şoyqudan Ermənistana xəbərdarlıq: Məhv ola bilərsiniz
13:13 13.02.2026
Dünya