Ağcaqanadlardan qorunma üsulu tapılıb
Ağcaqanadlardan qorunma üsulu tapılıb
10:21 24.05.2024
Cəmiyyət
724
Rənglərə fikir verin!
Builki yay mövsümündə ağcaqanadların daha da çoxalacağı və həşəratlardan qaynaqlanan xəstəliklərin də artacağı proqnozlaşdırılır. Mütəxəssislər bununla bağlı ciddi xəbərdarlıq edib.
“Sherg.az” “NTV.com.tr”yə istinadən bildirir ki, mütəxəssislər xəbərdarlıq etməklə yanaşı, əhaliyə ağcaqanadlardan qorunma yollarını da göstərib. Araşdırma aparan alimlər ağcaqanadların rənglərə reaksiyasını öyrənib. Məlum olub ki, ağcaqanadlar rəngləri ayırd edə bilir. Bu həşəratların seçdiyi və sevdiyi rənglər var. Ağcaqanadlar bəzi rənglərdən uzaqlaşır, bəzilərinə isə yaxınlaşır. Vaşinqton Universitetinin tədqiqatçıları ağcaqanadlardan qorunmada müəyyən rənglərin əhəmiyyət daşıdığını bildirir. Ağcaqanadlara qarşı müxtəlif dərmanlar, sprey və kremlərdən istifadə olunur, lakin onlardan qorunmanın ən təsirli yolu bəzi rənglərə diqqət etməkdir. Tədqiqat nəticəsində məlum olub ki, ağcaqanadları qırmızı, narıncı, qara və maviyə çalan rənglər cəlb edir. Yaşıl, bənövşəyi, mavi və ağ rəngləri isə ayırd edə, seçə bilmirlər. Vaşinqton Universitetinin biologiya üzrə professoru Jeffri Riffell, “Ən çox soruşulan sual “ağcaqanadlardan necə qorunaq”dır. Biz bu tədqiqatımızda bu suallara cavab tapmağa çalışdıq. Ağcaqanadları qırmızı rəng çox cəlb edir. Dərimizdə qırmızı rəng piqmentləri çox olduğundan ağcaqanadları cəlb edir. İnsan dərisi ətrafa qırmızı siqnallar yayır. Ağcaqanadlar da bu siqnallara doğru hərəkət edir. Ona görə də gecə yatarkən, yaxud yay fəslində, açıq havada olarkən çalışın, qırmızı rəngli geyimlərdən istifadə etməyin. Dərinizi ağ, mavi, bənövşəyi rəngli geyimlərlə örtün. Bununla ağcaqanadların hücumundan qoruna bilərsiniz. “Hhumma” ağcaqanadları hətta qoxulara da reaksiya verir və qoxu gələn istiqaməti ayırd edirlər. Bunu nəzərə alaraq, gecə yatarkən ətir, spirt kimi kəskin qoxulu vasitələrdən istifadə etmək məsləhət deyil”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Vüqar Səfərlinin əmlakının müsadirəsi barədə qərar ləğv olunub
15:34 06.02.2026
Ölkə
Ukrayna ordusu hücuma keçdi
14:59 06.02.2026
Dünya
“İrana qarşı növbəti hərbi ssenari gözlənilir” - Zərdüşt Əlizadə
14:51 06.02.2026
Siyasət
Əli Kərimlinin həbsdə olan mühafizəçisi ifadə verdi
14:39 06.02.2026
Cəmiyyət
ABŞ-ın vitse-prezidenti fevralın 9-da Ermənistana səfər edəcək
14:38 06.02.2026
Dünya
Dünya bazarında quş ətinin qiyməti artıb
14:14 06.02.2026
İqtisadiyyat
İranla müharibə hazırlığı: Bölgəyə canlı qüvvə və silah daşınır
14:04 06.02.2026
Dünya
Rusiya ordusu sərhəd kəndini ələ keçirdi
13:47 06.02.2026
Dünya
Rus generalına sui-qəsd: Moskvada gərginlik
13:30 06.02.2026
Hadisə
Azərbaycan və Ermənistan arasında birbaşa dəmir yolu olacaq
13:16 06.02.2026
Gündəm
Brilliant Dadaşova: “Mahnımı gürcü adı ilə yayırlar!”
13:15 06.02.2026
Mədəniyyət
Lavrov: ATƏT dərin böhran içindədir
13:13 06.02.2026
Gündəm
SEPAH meydan oxudu: ABŞ səhvə yol versə, İranın cavabı qəti olacaq
12:47 06.02.2026
Dünya