Ağciyər İnstitutunda daha iki nəfər öldü - RƏSMİ
08:20 10.02.2020
Cəmiyyət
564
Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda (ETACXİ) daha iki ölüm faktı qeydə alınıb. Oxu.Az xəbər verir ki, xəstələrdən biri ötən gün, digəri bu gün vəfat edib.
Ötən gün vəfat edən 1944-cü il təvəllüdlü xəstə əvvəl Qax Rayon Mərkəzi Xəstəxanasında müalicə alsa da, vəziyyəti pisləşdiyi üçün fevralın 5-də sol tərəfli piopnevmotoraks, sepsiki vəziyyətdə, ikinci mərhələli xroniki böyrək çatışmazlığı diaqnozu ilə ETACXİ-yə gətirilib.
Həkimlər tərəfindən aparılan intensiv müalicələrə baxmayaraq, xəstə dünən səhər saatlarında ağciyər arteriyasının kəskin tromboemboliyası, sol tərəfli piopnevmotoraks (empiema), mədə-bağırsaq qanaxması və böyrək çatışmazlığından vəfat edib.
Vəfat edən 1959-cu il təvəllüdlü digər xəstə isə yanvarın 31-də ağciyərlərin interstisial pnevmoniyası, tənəffüs çatışmazlığı, ikinci tip şəkərli diabet, diabetik nefropatiya diaqnozu ilə İnstituta gətirilib. Həkimlərin bütün səylərinə baxmayaraq, xəstə bu gün səhər saatlarında əsas xəstəliyindən – kəskin ağciyər-ürək çatışmazlığından vəfat edib.
TƏBİB ölüm faktlarını Oxu.Az-a təsdiqləyib.
Qeyd edək ki, bu, yanvar ayının 15-dən bu günədək Ağciyər Xəstəlikləri İnstitutunda qeydə alınan 21-ci ölüm faktıdır.
Onu da qeyd edək ki, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda həkim reanimatoloq üçün altı vakansiya mövcuddur.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi
Ukrayna səfiri Azərbaycanı təbrik etdi
15:00 08.11.2026
Siyasət
“Bakıda çay içmək” arzusu həbsxanada gerçəkləşdi - ŞƏRH
14:50 08.11.2026
Siyasət