"Aliment Fondu səfalət içində böyüyən uşaqlara yardım ola bilər" - Hüquq müdafiəçisi
10:51 04.11.2023
Cəmiyyət
766
"Bu məsələlər tam detallığı ilə müzakirə edilib, həyata keçirilməlidir"
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova Aliment Fondunun yaradılmasını təklif edib. Onun sözlərinə görə, Aliment Fondunun icra mexanizmi ilə əlaqədar beynəlxalq təcrübə təhlil edilib:
"Rəsmi olaraq müvafiq dövlət qurumlarına öz təkliflərimizi təqdim edəcəyik". Komitə sədri bildirib ki, o artıq bir neçə dəfə Aliment Fondunun yaradılması və ödənişli atalıq məzuniyyəti ilə bağlı təklif irəli sürüb: "Mənə və burada əyləşən deputat həmkarlarıma da edilən müraciətlərin böyük bir hissəsini məhz alimentin ödənilməməsi təşkil edir".
Deputat Aqiyə Naxçıvanlı isə Aliment Fondunun yaradılması təklifinə etiraz edib:
Övladı üçün aliment ödəməyən ata məgər dövlətə pul verəcək? Ona görə də Azərbaycanda Aliment Fondunun yaradılmasına qarşıyam. Biz müsəlman dövləti olduğumuzdan ailə dəyərləri yüksəkdir. Lakin ata öz uşağının pulunu vermirsə, sizcə, dövlətə pul verəcək? Elə qanun və qaydalar yaratmalıyıq ki, atanı məcbur edib pulu ödətməliyik. Niyə alimenti dövlətin boynuna qoymalıyıq?! Uşaqların anadan olması üçün ödənilən birdəfəlik müavinət məbləğinin artırılmasının tərəfdarıyam”.
Mövzu ilə bağlı "Sherg.az"a danışan Ədliyyə Nazirliyi yanında İctimai Şuranın sədri Səadət Bənanyarlı bildirib ki, aliment verməyən atalar neçə - neçə ailəni pis vəziyyətdə qoyur:
"Aliment fondunun yaradılması o deməkdir ki, ailənin təminatını dövlət müvəqqəti ödəyir. Bu sadəcə olaraq ailəni nəzərə alınaraq təklif olunub. Belə ki, təyin olunan müəyyən məbləğlə ailə təmin olunsun. Daha sonra dövlət qrumları aliment ödəməli olan şəxsi borcu ödəməyə məcbur etsinlər. Bu addım həmin ailələrdə böyüyən uşaqları səfalətdən, pis vəziyyətdə yaşamaqdan qurtarıb, onlara kömək ola bilər. Ona görə də bu məsələlər tam detallığı ilə müzakirə edilib, həyata keçirilməlidir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bu şəxslər də hərbi xidmətə çağırılacaq
18:45 24.08.2026
Aktual
Universitetlərə qəbul imtahanlarının nəticələri - Açıqlandı
18:44 24.08.2026
Elm və Təhsil
Bakının bir sıra yollarında sıxlıq var - SİYAHI
18:41 24.08.2026
İnfrastruktur
Rusiya və Ermənistanı sərt ayrılıq gözləyir - Politoloq Atayev
18:38 24.08.2026
Gündəm
Bu il 44 min uşaq bağçalara qəbul olunub
18:14 24.08.2026
Elm və Təhsil
Dövlət Statistika Komitəsində struktur və kadr dəyişiklikləri olub
18:12 24.08.2026
Aktual
Rusiyadan açıq hədə: Növbədə bu ölkələrdir
18:10 24.08.2026
Dünya
Baş nazir: Ermənistan bundan sonra diaspordan yardım istəməyəcək
18:01 24.08.2026
Region
Rusiyada səfərbərliyə hazırlıq gedir
17:55 24.08.2026
Dünya
Baş nazir: Ermənistan bundan sonra diaspordan yardım istəməyəcək
17:52 24.08.2026
Region
Tramp: İran tamamilə çökür
17:47 24.08.2026
Dünya
Dəmir ehtiyatları belə azalır: Yumurtanın yanında çay içməyin!
16:40 24.08.2026
Sağlamlıq
Livandan qovulan İran səfiri ölkədən çıxmaq istəmir
16:03 24.08.2026
Dünya