Alimlər xəbərdarlıq etdi
Yusif Nəzərli
22:34 06.02.2023
Cəmiyyət
371
Kosmosa göndərilən “zir-zibil” görüntünü çətinləşdirir
Alimlər ciddi şəkildə xəbərdarlıq edir ki, kosmosa göndərilən hər cür aparat, süni peyklər və sair “zir-zibil” kainatda baş verənləri dəqiqliyi ilə izləməyə imkan vermir. “Şərq” “NTV.com.tr”yə istinadən bildirir ki, alimlər kosmosun süni peyklərlə dolub-daşması nəticəsi olaraq hazırkı onilliyin sonunda fəzanı müşahidə etmək imkanları sıfıra enə bilər. Bu səbəbdən də kainatda Yer planetindən savayı daha hansısa planetdə həyatın, bizdən fərqli varlıqların olub-olmamasını müəyyənləşdirmək çətinləşəcək. Hazırda Yer planeti çevrəsində 8 mindən artıq peyk fırlanmaqdadır. 2019-cu ildən bu yana peyklərin sayı 4 dəfə artıb. Və bu sayın getdikcə artacağı təxmin edilir.
Qarşıdakı illərdə 400 min peykin kosmosa ötürüləcəyi, sadəcə "SpaceX" və "Starlink" internet ulduz komandası üçün daha 44 min peyk kosmosa göndəriləcək. Astroloqlar bu durumun onların işini çətinləşdirdiyini deyir. Peyklər durmadan, fasiləsiz olaraq teleskopların optik əhatəsi önündə fırlanır və parlaq işıq yaradaraq görmə-müşahidəni əngəlləyirlər. İnternet peykləri radio teleskopların da işini əngəlləyir. Kaliforniya Universitetinin fizika və astronomiya üzrə professor Toni Tison “2030-cu ildə qaranlıq bir yerə çəkilib səmaya baxdığınızda dəhşətli bir mənzərə ilə qarşılaşacaqsınız.
Səmada ulduzları deyil, ora-bura gəzişən peykləri görəcəksiniz. Səma davamlı hərəkət halında olan peyklərlə dolub-daşacaq. Bu, böyük bir fəlakət olacaq”, söyləyib. Yarana biləcək təhlükəli vəziyyətin aradan qaldırılması məqsədilə Böyük Britaniyanın Kral Astronomiya Topluluğu və Kosmos Agentliyi “Qaranlıq və səssis səma” adlı konfrans keçirib. RAS sədri müavininin yardımçısı Robert Massey, kosmosdan istifadədə dünya dövlətlərinin bir-birini ötməyə çalışdığını bildirərək bunu xaotik çarpışma adlandırıb: “
Onilliyin sonunda planetimizin ətrafında yüz minlərlə peyk görəcəyimiz ehtimalı böyükdür. Bu bizə kosmosdan gələn siqnalları əldə etməyə mane olacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycan daha üç ölkə ilə viza tələblərini sadələşdirib
03:03 25.09.2026
Siyasət
Sin Cinpin və Donald Tramp Ukrayna və Yaxın Şərqi müzakirə edib
01:59 25.09.2026
Dünya
Tiktok bu ölkədə 16,8 milyon dollar cərimə ödəyəcək
01:21 25.09.2026
Texnologiya
Netanyahu: İran hökumətinin süqutu yalnız zaman məsələsidir
00:59 25.09.2026
Gündəm
Türkiyəli nazir istefa verib? - Özü açıqladı
23:55 24.09.2026
Gündəm
Bu bürclər edilən səhvi heç vaxt unutmur - Siyahıda 3 bürc
23:31 24.09.2026
Cəmiyyət
Pakistan və İran liderləri regional vəziyyəti müzakirə ediblər
22:36 24.09.2026
Gündəm
Ərdoğandan Paşinyana mühüm mesaj: Bakı-İrəvan sülhünə dəstək
22:20 24.09.2026
Gündəm
Ərdoğan: Türkiyə iqtisadiyyatına risk yoxdur
21:59 24.09.2026
Gündəm
Nazirlər Kabinetində geniş iclas keçirildi
21:06 24.09.2026
Aktual
Vatsap hər mesaja görə ödəniş almağa başlayacaq
20:20 24.09.2026
Texnologiya
Neft 108 dolları keçdi
20:13 24.09.2026
İqtisadiyyat