Alimlərimizin nailiyyətləri beynəlxalq miqyasda yüksək qiymətləndirilib
08:49 22.01.2020
Cəmiyyət
579
“Tətbiqi mexanika” beynəlxalq jurnalının (“Web of Science” beynəlxalq elmi bazasına daxildir) 2019-cu il 4 iyul nömrəsində Avropa Elmlər Akademiyasının Blez Paskal medalı (2007, mexanika sahəsində Nobel mükafatına bərabər hesab edilir), SSRİ (1985), Ukrayna (1979, 1988) dövlət və bir sıra başqa nüfuzlu mükafatların laureatı, Ukrayna Elmlər Akademiyasının həqiqi üzvü, Timoşenko adına Mexanika İnstitutunun direktoru, akademik Aleksandr Nikolayeviç Quz “Dağılma mexanikasının qeyri-klassik problemləri” tədqiqatlarının 50 illiyi münasibətilə 600-dən çox - əsasən Ukrayna, Türkiyə və Rusiya alimlərinin elmi məqalə və monoqrafiyasını əhatə edən geniş icmal çap etdirib. Beynəlxalq Avrasiya Mətbuat Fondundan AZƏRTAC-a bildirilib ki, bu icmalda Azərbaycan alimlərinin işlərinə də ciddi diqqət yetirilib və yüksək qiymətləndirilib.
İlk növbədə, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Hətəm Quliyevin və AMEA-nın müxbir üzvü Surxay Əkbərovun dağılma mexanikasının qeyri-klassik problemlərinə, üçölçülü cisimlərin, tikililərin, qurğuların, kompozit materialların və mürəkkəb mexaniki sistemlərin deformasiyasına, dayanıqlılığına, möhkəmliyinə və dinamikasına həsr olunmuş 70-dən çox elmi məqalə və monoqrafiyaya istinad edilib və onlarda alınmış elmi nəticələrə yüksək qiymət verilib. Qeyd etmək lazımdır ki, hazırda alimlərimiz hərtərəfli mexaniki araşdırmalar əsasında Yer elmləri sahəsində genişmiqyaslı geomexaniki tədqiqatlar aparırlar. Bu tədqiqatların nəticələri dünyanın bir sıra nüfuzlu elmi jurnallarında dərc edilir (onların sayı yüzlərlədir) və elmi ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir. Beynəlxalq elmmetrik “Researchgate” (RG) bazasında Hətəm Quliyevin və Surxay Əkbərovun RG-reytinqi 38-dən çoxdur.
Bununla yanaşı, qürurvericidir ki, “Tətbiqi mexanika” beynəlxalq jurnalının Ukrayna Milli Elmlər Akademiyasının Timoşenko adına Mexanika İnstitutunun 100 illiyinə həsr olunmuş 2018-ci il 1-ci nömrəsində bu hadisə ilə bağlı ingilis dilində dərc edilmiş məqalədə Hətəm Quliyevin və Surxay Əkbərovun adlarının son yüz ildə həmin elmi müəssisədə çalışmış Rusiya, Ukrayna və digər ölkələrin görkəmli alimləri sırasında şərəfli yer tutduqları vurğulanıb. Akademik Quz vaxtilə alimlərimizin Timoşenko adına Mexanika İnstitutunda yerinə yetirdikləri dissertasiya işlərinin rəhbəri və məsləhətçisi olub.
Aşağıdakı linklər vasitəsilə elmi tədqiqatlarla bağlı nəşrləri əldə etmək olar:
https://link.springer.com/article/10.1007/s10778-019-00947-1
https://link.springer.com/article/10.1007/s10778-019-00954-2
https://link.springer.com/article/10.1007/s10778-019-00960-4
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi