Atalıq səbrlə, iradə ilə olur
13:51 16.03.2020
Cəmiyyət
1099
Hər zaman dəyərli analarımızı düşünüb onlar haqqında yazırıq, amma fərqində deyilik ki, atalar da ən azı onlar qədər əziyyətlər çəkirlər.
Bu yazını evlərinə bir tikə çörək tapıb gətirmək üçün bütün günü çöllərdə özlərini min bir əziyyətə salan, evlərindən minlərlə kilometr uzaqda, ailəsinə həsrət qalan, amma onları heç kəsdən əskik etməmək üçün həyatlarını qurban verən Atalara həsr edirəm.
Həyatda hər insan ata ola bilər, amma hər kəs ata adını qazana bilərmi?
Atalar var ki, heç bir uşağını belə böyüdüb başa çatdıra bilmir, atalar da var ki, nəyinki bir, hətta üç və daha artıq uşağı da böyüdüb başa çatdırırlar.
Bu yazı da özümə nümumə götürdüyüm bir ata haqqında sizə bəhs etmək istəyirəm.
Bu ata 3 övlad , həyat yoldaşı və özü də daxil olmaqla 5 nəfərlik bir ailənin başçısıdır.
Həmin ata öz övladlarını əskiksiz böyüdüb başa çatdırıb.
Onun necə əziyyətlər çəkdiyinin biz sadəcə kənardan şahidi olmuşuq. Və ona ən böyük dəstək təbii ki, ailəsi tərəfindən idi.
Hər kəs anlayır ki, evdə bir nəfərin işləyib, ailə dolandırmağı çox çətindir.
Bu kişi hərgün səhər tezdən saat 4-5 radələrində köhnə bir maşınına oturub bazara gedirdi. Bazarda nə iş olsa, yük daşıma, ya da taksi kimi işləyirdi. Bununla yanaşı, öz həyətində müxtəlif meyvə-tərəvəzdən əkib-becərib satırdı. Heç bir işdən geri qalmırdı. Ailəsidən ötrü hər şey etməyə hazır idi. Səhərdən axşama qədər 5-10 manat çörək pulu qazanmaq üçün əlindən gələnin artığını edirdi.
Bu kişi həm də çox savadlı və alicənab insandı. Bütün günü işləməyinə baxmayaraq, kitaba belə vaxt tapırdı və övladlarının dərsləri ilə hər axşam bir saat olsa da maraqlanıb, onlarında özü kimi savadlı və bilikli böyüməsini istəyirdi.
Çox müasir və dünyagörüşlü ata idi. Oğulları ilə yeri gəldikdə ata və oğul, yeri gəldikdə iki dost , iki qardaş münasibəti saxlayırdı. Həm yaxşı ata, həm yaxşı dost, həm də yaxşı həyat yoldaşı idi.
Məhəllədə də hər kəsin böyük hörmət göstərdiyi, nümunəvi qonşu idi. İnsanlar çox vaxt ondan məsləhət alırdı.
Atalıq sadəcə övladlara bahalı həyat bəxş etməklə, maddiyatla olmur. Atalıq səbrlə, iradə ilə olur.
Ata evin dirəyidir. Hər kəs ona söykənir. Ata güclü olmalıdır...
Atamsız bir dünya düşündüm
Çox böyük qorxuya düşdüm.
Ata olmasan, bilməzsən ata qədri
Ata qədrini, sən çalış yanında olanda bil.
Atam oldu mənə dəstək,
Qoymadı böyüyəm ürkək.
Həm düzümdə, həm yalnışımda,
Dayandı hər zaman yanımda.
Göstərdi mənə bu hayatın
Həm düzün, həm “əyrisin”.
Sevdi məni qarşılıqsız .
Görən necə olacam mən
Bu fani dünyada Atamsız...
Rauf Əliyev
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi
Ukrayna səfiri Azərbaycanı təbrik etdi
15:00 08.11.2026
Siyasət
“Bakıda çay içmək” arzusu həbsxanada gerçəkləşdi - ŞƏRH
14:50 08.11.2026
Siyasət
“Qalatasaray” Rafael Leaonun zədələndiyini açıqlayıb
14:11 08.11.2026
Futbol
Zaxarova: Makronun gizlənmək üçün bunkerə ehtiyacı var
13:56 08.11.2026
Dünya
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəldi - FOTO
13:45 08.11.2026
Gündəm
Rusiya XİN: İran MDB-yə qoşula bilər
13:33 08.11.2026
Region
Mansur Yavaş Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi
13:10 08.11.2026
Siyasət
Özgür Özəl Azərbaycanı təbrik etdi
13:05 08.11.2026
Siyasət
Xankəndidə Zəfər Muzeyi olacaq
12:28 08.11.2026
Rəsmi
Sabah şimşək çaxacaq, leysan yağacaq - PROQNOZ
12:24 08.11.2026
Ekologiya
İlham Əliyev: Döyüş meydanında düşmənin belini qırdıq
12:14 08.11.2026
Rəsmi
Hikmət Mirzəyev şəhid övladları ilə görüşdü
11:58 08.11.2026
Hərbi
Kasım-Jomart Tokayev Prezident İlham Əliyevi təbrik edib
11:30 08.11.2026
Rəsmi