"Avtobusda vəziyyəti yaxşılaşdırın, sonra taksilərin yaxasından yapışın!"
02:30 14.06.2024
Cəmiyyət
492
Elşad Paşasoy: "Ölkə rəhbərliyi sizə etimad göstərib, işinizin öhdəsindən gəlin, insaflı olun!"
"Xatırlayırsınızmı, paytaxtdakı binaların üstündən kütləvi şəkildə su çənləri yığışdırıldı ki, Bakıya fasiləsiz su veriləcək, şəhərin görüntüsünü pozan elementlər "yığışdırılmalıdır... Camaatı narazı saldılarmı? Fasiləsiz su verildimi?".
"Sherg.az" xəbər verir ki, bunu tanınmış jurnalist, siyasi şərhçi Elşad Paşasoy deyib.
E.Paşasoy bildirib ki, indi avtobus və velosiped zolağına çıxan avtomobillərin cəriməsi artırılır, hazırda 40 manatdır, bundan sonra 100 manat cərimələnəcəklər: "Hətta velosipedini parklanma yerindən kənarda saxlayanlar 10 manat cərimələnəcək...Velosiped yolu varmı ki, cərimə də tətbiq olunur? Hələ park yeri bir yana qalsın. Avtobuslarda kart sistemini tətbiq edənlər heç düşünmədilər ki, son illər Bakıda əhali sürətlə artıb, 10-15 il əvvəl alınmış "pişik balası" boyda avtobuslarla, azı 10-15 dəqiqəlik intervalla, yayın qaynar çağında kondisionersiz avtobusla sərnişin daşımaq olmaz! Hələ üstəlik, "ictimai nəqliyyatı təşviq edənlər" tapılır, onların iki dayanacaq arası avtobusla aparasan, ağılları başlarına gələr. Əvvəlcə avtobusda vəziyyəti yaxşılaşdırın, sonra taksilərin yaxasından yapışın! Yoxsa camaat pulunu çölə atmayıb ki, taksi ilə hərəkət etsin, rahat avtobus dura-dura... Nə isə... xırda problemləri vaxtında həll etməyəndə böyüyüb adamın üzünə ağ olur. Səlahiyyət sahibləri, dövlət, ölkə rəhbərliyi sizə etimad göstərib, işinizin öhdəsindən gəlin, insaflı olun!
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski və Tramp Nyu-Yorkda görüşdü
22:15 22.09.2026
Gündəm
Yalçın Rəfiyev BMT Baş Assambleyasında çıxış etdi
22:02 22.09.2026
Siyasət
Pezeşkianın təyyarəsi Əlcəzairdə eniş etdi
21:36 22.09.2026
Gündəm
Ərdoğan: Türk Dövlətləri Təşkilatı ildən-ilə güclənir
21:01 22.09.2026
Dünya
Saatlar 1 saat geri çəkiləcəkmi?
20:51 22.09.2026
Dünya
Quterreş BMT tribunasında vida çıxışı etdi
20:28 22.09.2026
Dünya
Tramp Qrenlandiya və Danimarka ilə təhlükəsizlik sazişi imzalayıb
20:07 22.09.2026
Gündəm
Tramp İlham Əliyevdən sitat gətirdi
19:37 22.09.2026
Gündəm
Tramp: Seçkilərdən sonra İranla razılaşma əldə edə biləcəyik
19:02 22.09.2026
Gündəm