Avtomobil almaq istəyənlərə xəbərdarlıq - Mayın 15-dən sonra...
Yusif Nəzərli
07:10 25.04.2023
Cəmiyyət
413
"Yaşı 10 ildən çox olan maşınların ölkəyə idxalına məhdudiyyətlərin qoyulmasından sonra avtomobil bazarında aktivlik artıb. Həmin qərara qədər yararsız avtomobillərin sayı günü-gündən artırdı. Ölkəyə ardı kəsilmədən metallom daxil olurdu. Düşünürəm ki, elə maşınlar ölkəyə daxil olmamalıdır. Bu qərardan sonra avtomobil parkı bir növ özünü təbii yolla yeniləyəcək”.
"Sherg.az"xəbər verir ki, bu fikirləri Musavat.com-a açıqlamasında nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov deyib.
"Əsasən mövsümi dövrlərdə bazar aktivləşir. Bu da payızın, yayın əvvəli olur. Adətən aktivlik mayın 15-dən sonra olur. Biz hazırda da bazarda aktivlik görürük. Bunu avtomobil alqı-satqısı ilə məşğul olan sahibkarların, həmçinin fərdi qaydada şəxslərin öz maşınlarını daha yüksək qiymətə sata biləcəklərini düşünmələri ilə əlaqələndirmək olar. Lakin bu, müvəqqəti xarakter daşıyır. Çünki bazar aktivdir və bir neçə nəfərin istəyi ilə qiymətlərin kəskin qalxması və yaxud enməsi mümkün deyil. Avtomobil bazarı özü qiymətləri tənzimləyir. Mayın 15-dən sonra köhnə avtomobillərin qiyməti 3-5% arta bilər.
Ötən həftə ərzində dünyanın iri avtomobil istehsalçıları anons verdilər ki, maşınların qiyməti 3% civarında yüksəlir. İstehsalçılar bunu ehtiyat hissələrinin qiymətinin bahalaşması, daşınma xidmətlərinin qiymətinin yüksəlməsi və müəyyən cihazların defisiti ilə əlaqələndirirlər. Avtomobil sənayeçiləri hazırda yarımkeçiricilərin defisitini yaşayırlar. Bununla bağlı qiymət yüksəlişi var. Bu, Azərbaycan iqtisadiyyatı ilə bağlı deyil”.
Ekspert qeyd edib ki, həm yeni, həm də köhnə avtomobillərin qiymətinin 3% civarında yüksəlməsi qiymətin daha da yüksəlməsinə təkan verə bilər:
"Çünki burada balans yaranmır. Belə olan halda ikinci əl avtomobil bazarında qiymətin bir qədər də yüksələ biləcəyini deyə bilərik. Avtomobil almaq istəyənlərə tövsiyəmiz ondan ibarətdir ki, imkan varsa, yeni maşın alsınlar. Elə avtomobil almaq lazımdır ki, onun markasının Azərbaycanda rəsmi servisi olsun, təmir problemi çıxanda dilerə müraciət edə bilsinlər.
Avtomobil artıq əvvəlki qədər dəbdəbə deyil, bir nəqliyyat vasitəsi kimi qəbul olunur. Sevindirici haldır ki, vətəndaşlar ekoloji təmiz nəqliyyat vasitələrinə də üstünlük verirlər. Hibrid avtomobillər bu gün Azərbaycanda çox populyardır. Elektromobillər də getdikcə populyarlaşır. Bakıda da elektrobuslar fəaliyyətə başlayacaq. Bu da bir növ Azərbaycanda avtomobil seqmentinin elektrikləşdirilməsinə təkan verəcək. Biz görürük ki, sahibkarlar elektrikdoldurma məntəqələrinin Azərbaycan üzrə quraşdırılmasında maraqlıdırlar. Əgər ötən ilin sonuna qədər 40-a yaxın elektrikdoldurma məntəqəsi var idisə, bu il bu rəqəm 100-ə yaxın olacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İranla razılaşma yoxdursa ağır mərhələ başlayacaq - TƏHLİL
16:36 13.02.2026
Gündəm
Ata Abdullayev azadlığa buraxılıb
16:15 13.02.2026
Cəmiyyət
İsrail Baş naziri: İranla razılaşmaya şübhə edirəm
15:52 13.02.2026
Gündəm
NATO baş katibi: Rusiya Ukraynada ilbiz sürəti ilə hərəkət edir
15:44 13.02.2026
Gündəm
Estoniya səfiri iqamətgahını Gürcüstandan Ermənistana köçürür
15:24 13.02.2026
Region
İlham Əliyev Almaniyaya səfərə gedib
15:12 13.02.2026
Rəsmi
Qaxın sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 13.02.2026
Hadisə
Ötən il 17 uşaq müəssisəsində monitorinq aparılıb
14:35 13.02.2026
Sosial
"Ramştayn" Ukrayana 36 milyard dollar həcmində hərbi yardım ayırıb
14:22 13.02.2026
Dünya
Ermənistan-Türkiyə sərhədinin açılma tarixi məlum deyil
14:06 13.02.2026
Gündəm
Yasamalda hoteldə 25 yaşlı oğlanın meyiti tapılıb
14:03 13.02.2026
Hadisə
Küləyin sürəti güclənəcək - XƏBƏRDARLIQ
13:31 13.02.2026
Ekologiya
Şoyqudan Ermənistana xəbərdarlıq: Məhv ola bilərsiniz
13:13 13.02.2026
Dünya