Azad edilən ərazilərə köçürülən sakinlərin 70 %-nin məşğulluğu təmin edilib
Yusif Nəzərli
10:29 01.11.2023
Cəmiyyət
383
Prezident İlham Əliyevin tapşırıqlarına əsasən şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərlə bağlı geniş miqyaslı sosial dəstək tədbirləri bundan sonra da genişlənəcək.
"Report" xəbər verir ki, bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev qurumda keçirilən kollegiya iclasında bildirib.
Qeyd olunub ki, tarixi Zəfərimizlə başa çatan Vətən müharibəsindən sonra şəhid ailəsi üzvləri və müharibə veteranı olan 103 min şəxsə 115 min sosial sosial ödəniş təyin olunub, 20 min şəxs üçün məşğulluq tədbirləri görülüb.
Həmin dövrdə mənzil təminatı proqramı genişləndirilərək, şəhid ailəsi və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 5300-dən artıq mənzil və fərdi ev verilib. Müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 324 avtomobil təqdim edilib.
Sosial dəstək proqramı çərçivəsində müharibə ilə əlaqədar əlilliyi olan 439 şəxs 458 ədəd yüksək texnologiyalı müasir protezlə təmin edilib, müharibə ilə əlaqədar əlilliyi olan 2 min şəxsə isə 44,6 min reabilitasiya vasitəsi verilib.
İşğaldan azad edilmiş ərazilərdə aparılan geniş infrastruktur layihələrinə diqqət çəkən S.Babayev bu yaxınlarda fəaliyyətə başlayan Qarabağ Regional DOST Mərkəzində 9 inzibati rayon üzrə 900 mindən çox şəxsə məşğulluq, əmək, əlillik və sosial müdafiə sahələrində “bir pəncərə” prinsipi ilə xidmətlərin göstəriləcəyini vurğulayıb.
“Böyük Qayıdış” proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən geniş miqyaslı məşğulluq tədbirləri barədə məlumat verilib.
Bu ərazilərə köçürülən sakinlərdən əmək qabiliyyətli olanların təqribən 70%-nin artıq məşğulluğunun təmin edildiyi diqqətə çatdırılıb. Bu tədbirlərin daha da genişlənəciyi qeyd edilib.
İclasda həmçinin Nazirlik tərəfindən vətəndaşların qəbulu və müraciətlərinə baxılması, daxili nəzarət və audit, kadr məsələləri, sənədlərlə və vətəndaşların müraciətləri ilə iş və digər sahələrdə görülmüş işlər və qarşıda duran hədəflər müzakirə olunub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Baş Prokurorluqda geniş Kollegiya iclası keçirilib
17:27 23.04.2026
Gündəm
Məktəblər tam nəzarətə götürüldü: Nazirlik hərəkətə keçdi
17:20 23.04.2026
Gündəm
Azərbaycanda iki gün güclü külək əsəcək - XƏBƏRDARLIQ
17:00 23.04.2026
Ekologiya
ABŞ İran nefti daşıyan tankeri ələ keçirib
16:47 23.04.2026
Dünya
Kürdə suyun səviyyəsi artıb, Qarqar çayında bənd yarılıb
16:46 23.04.2026
Hadisə
“İran xalqı mənim hakimiyyətə gəlməyimi istəyir” - Rza Pəhləvi
16:34 23.04.2026
Gündəm
Metroda qatarların ənənəvi qrafiklə hərəkəti tam bərpa olunub
15:53 23.04.2026
Sosial
"Qalatasaray" Türkiyə Futbol Federasiya ilə bütün əlaqələri kəsdi
14:53 23.04.2026
Futbol
Belqradda Azərbaycanın şahmat pavilyonu açılıb
14:45 23.04.2026
Dünya
Ermənistanda hakimiyyət dəyişsə də MÜHARİBƏ OLMAYACAQ - ANALİZ
14:23 23.04.2026
Gündəm
Ermənistanda seçki öncəsi Rusiya izi güclənir - RƏY
14:04 23.04.2026
Siyasət
Paşinyan Anna ilə barışdı: "Daha bir şansımın olduğuna görə şadam”
13:45 23.04.2026
Gündəm
Nikol Paşinyan: Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq
13:44 23.04.2026
Gündəm