“Azərbaycan virusa qarşı qətiyyətli mübarizə aparır” – Deputat
Turan
14:53 19.03.2020
Cəmiyyət
1085
Azər Badamov:“Görülən işlərin hamısı insanların sağlamlığının qorunmasına yönəlmiş addımlardır”
“Dünyada güclü iqtisadiyyatları olan inkişaf etmiş ölkələr belə koronavirusun qarşısında aciz vəziyyətə düşüblər”.
Bunu “Sherg.az”a açıqlamasında Milli Məclisin üzvü Azər Badamov deyib.
Deputat vurğulayıb ki, qlobal problem fonunda Azərbaycan inkişaf etmiş ölkələrdən öncə daha ciddi addımlar ataraq qabaqlayıcı tədbirlər görüb:
“Dövlətimiz koronavirusun Azərbaycanda yayılmasının qarşısının alınması istiqamətində tədbirlər planı hazırlayıb. Nazirlər Kabinetinin yanında Operativ Qərargah yaradılaraq olduqca ciddi qərarlar verilib. Qısa müddət ərzində karantinlər yaradılıb, sosial izolyasiya tədbirləri həyata keçirilib. Bakı, Sumqayıt və Abşerona digər rayonlardan giriş məhdudlaşdırılıb, o cümlədən kütləvi ictimai tədbirlərin keçirilməsi dayandırılıb və s. Bütün bu tədbirlərin görülməsində yeganə məqsəd odur ki, Azərbaycanda koronavirusun genişlənməsinin qarşısı alınsın və bu sınaqdan layiqincə çıxaq.
Məhz bugün Azərbaycanda yoluxmaların sayının az olması dövlətin gördüyü ciddi tədbirlərin bariz nümunəsidir.Əlavə olaraq, koronavirusa qarşı mübarizə üçün xüsusi Fondun yaradılması və həmin Fonda 20 milyon manatın köçürülməsi, Dünya Səhiyyə Təşkilatı ilə sıx əməkdaşlıq edilməsi və laboratoriyaların Azərbaycana gətirilməsi, gündə 5 min nəfərə qədər insanın laboratoyidan keçirmək imkanının təmin edilməsi, Heydər Əliyev Fondu vasitəsi ilə ölkəmizə qoruyucu vasitələrin gətirilməsi və zəruri əhtiyatın yaradılması, ölkəyə geri dönən vətəndaşlarımızın sərhədi keçən kimi birbaşa karantinə qoyulması və müayinələri tam başa çatdıqdan sonra buraxılması kimi tədbirlər ölkəmizdə virusun yayılmasının əhatə dairəsi daralıb”.
Milli Məclisin üzvü qeyd edib ki, İtaliya kimi bir ölkədə, o cümlədən qonşu İranda hər gün yüzlərlər insan dünyasını dəyişir. Fransa və Almaniyada təhlükə genişlənir:
“Belə bir məqamda Azərbaycan qəhrəman dövlət kimi virusa qarşı qətiyyətli mübarizə aparır. Cənab Prezident və Birinci Vitse-prezidentimizin bəyanatlarında, xalqa müraciətlərində xüsusilə qeyd olunur ki, hər bir vətəndaş sosial izolyasiya tədbirlərində yaxından iştirak etməli və ağılla davranmalıdır. Çünki hər bir insan ilk növbədə özünü qorumaqla ailəsini, ətrafını, dost-tanışını və ümumilikdə cəmiyyəti qorumuş olur. Ona görə də insanlar dərk etməlidirlər ki, bu problem hər bir dövlətin və hər insanın qarşılaşa biləcəyi bəladır. O səbəbdən problemin həll olunmasında hər bir vətəndaş yaxından iştirak etməlidir. Biz də Milli Məclisin sonuncu iclasında koronavirusla bağlı müzakirələr apardıq. Vurğuladıq ki, karantindən yayınanlar, yoluxmuş insanların tibbi müəssisələrə vaxtında müraciət etməməsi kimi hallar Cinayət Məcəlləsinə uyğun olaraq ciddi məsuliyyət yaradır. Dərk etmək lazımdır ki, görülən işlərin hamısı insanların sağlamlığının qorunmasına yönəlmiş addımlardır. Cənab Prezidentin birbaşa rəhbərliyi ilə atılan addımlar bir daha göstərir ki, hər bir vətəndaşın sağlamlığı dövlət başçısını düşündürür. Tibb işçilərinin məvaciblərinin 3 dəfə artırılması ilə bağlı Sərəncamın imzalanması həm bu sahədə fədakarlıq göstərən səhiyyə işçilərinin əməyinə verilən yüksək qiymətdir, həm də vətəndaşların sağlamlığına göstərilən böyük diqqətdir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi
Ukrayna səfiri Azərbaycanı təbrik etdi
15:00 08.11.2026
Siyasət
“Bakıda çay içmək” arzusu həbsxanada gerçəkləşdi - ŞƏRH
14:50 08.11.2026
Siyasət
“Qalatasaray” Rafael Leaonun zədələndiyini açıqlayıb
14:11 08.11.2026
Futbol
Zaxarova: Makronun gizlənmək üçün bunkerə ehtiyacı var
13:56 08.11.2026
Dünya
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəldi - FOTO
13:45 08.11.2026
Gündəm
Rusiya XİN: İran MDB-yə qoşula bilər
13:33 08.11.2026
Region
Mansur Yavaş Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi
13:10 08.11.2026
Siyasət
Özgür Özəl Azərbaycanı təbrik etdi
13:05 08.11.2026
Siyasət
Xankəndidə Zəfər Muzeyi olacaq
12:28 08.11.2026
Rəsmi
Sabah şimşək çaxacaq, leysan yağacaq - PROQNOZ
12:24 08.11.2026
Ekologiya
İlham Əliyev: Döyüş meydanında düşmənin belini qırdıq
12:14 08.11.2026
Rəsmi
Hikmət Mirzəyev şəhid övladları ilə görüşdü
11:58 08.11.2026
Hərbi
Kasım-Jomart Tokayev Prezident İlham Əliyevi təbrik edib
11:30 08.11.2026
Rəsmi