
«Azərbaycana təzyiqlər Türkiyə ictimaiyyətinin diqqətində» adlı konfranslar keçirilib
Yusif Nəzərli
11:59 20.04.2022
Cəmiyyət
403
Türkiyə Universitetləri Məzunları İctimai Birliyi (TUMİB) Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi layihəni uğurla icra etməkdədir. İctimai Birlik layihə çərçivəsində artıq ölkə daxilində və ondan kənarda bir sıra uğurlu tədbirlər reallaşdırıb.
TUMİB-dən "Sherg.az"a verilən məlumata görə, belə tədbirlərdən biri qardaş Türkiyənin bir neçə ali təhsil ocağında baş tutub.
Belə ki, Türkiyə Universitetləri Məzunları İctimai Birliyi Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə İstanbul Haliç Universitetində "Azərbaycana təzyiqlər Türkiyə ictimaiyyətinin diqqətində" mövzusunda konfrans keçirib.

Azərbaycan və Türkiyənin dövlət himnlərinin səslənməsi ilə başlanan konfransda əvvəlcə iştirakçıları 1 dəqiqəlik sükutla torpaqlarımızın azadlığı və bütövüyü uğrunda şəhid olmuş igid oğul və qızlarımızı yad ediblər. Daha sonra mövzu ətrafında çıxışlar olub.
Konfransda Azərbaycan Milli Məclisinin deputatı, tarix elmləri doktoru, professor Anar İsgəndər, Bahçeşehir Universitetinin koordinatoru İhsan Alpargın geniş və ətraflı çıxış edib.
TUMİB-in eyniadlı mövzuda növbəti konfransı Türkiyənin Bahçeşehir Universitetində baş tutub. Konfrans Azərbaycan Respublikasının İstanbul Baş Konsulunun müavini Zaur Allahverdizade və Bahçeşehir Universiteti Məzunlar Koordinatoru Melih Elidüzgünün giriş və salamlama çıxışları ilə başlayıb.
Daha sonra Azərbaycan Respublikası Milli Məclisinin deputatı, tarix elmləri doktoru, professor Anar İsgəndər TUMİB idarə Heyətinin Sədri Tural Əfəndiyev, BAU-nun müəllimi , təhlükəsizlik eksperti Abdullah Ağar, BAU-nun müəllimi, beynəlxalq hüquq eksperti Mehmet Uzun çıxış edərək müzakirə edilən məsələ barədə öz fikir və düşüncələrini bölüşüblər.
Bahçeşehir Universiteti koordinatoru İhsan Alpargının moderatorluğunda keçən 2 saatlıq konfransın sonunda mühazirəçilərə hədiyyə və BAU-nun təşəkkür diplomu hədiyyə edilib.
TUMİB İstanbul Beykoz Universitetində də Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə konfrans təşkil edib. 250-ə yaxın tələbənin iştirak etdiyi konfransda əvvəlcə Beykoz Universitetinin prorektoru Baki Aksu giriş nitqi söyləyib.
Daha sonra Azərbaycan Respublikası Milli Məclisinin deputatı, tarix elmləri doktoru, professor Anar İsgəndər, TUMİB idarə Heyətinin Sədri Tural Əfəndiyev, Bahçeşehir Universiteti koordinatoru İhsan Alpargın çıxış ediblər. 2 saatlıq konfransın sonunda mühazirəçilərə İstanbul Beykoz Universitetinin təşəkkür diplomu hədiyyə edilib.
İctimai Birlik Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə reallaşdırdığı layihə çərçivəsində növbəti konfranslarını İstanbul Universiteti və Marmara Universitetinin müəllim - tələbə heyəti ilə online olaraq keçirəcək.
Xatırladaq ki, TUMİB-in Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi "Azərbaycana təzyiqlər Türkiyə ictimaiyyətinin diqqətində" mövzusunda konfransların əsas mahiyyəti və məqsədi yaxın tariximizdə, xüsusilə Vətən müharibəsinə qədərki dövrdə Azərbaycana qarşı olan bəzi xarici təzyiqlər barədə Türkiyə cəmiyyəti, əsas etibarilə də gəncləri məlumatlandırmaqdır.
Tədbirlər zamanı həmçinin istər 44 günlük Vətən müharibəsi, istərsə də ondan sonrakı dövrlərdə Azərbaycana olan basqılar, beynəlxalq təsirlər barədə Türkiyənin ali təhsil ocaqlarında oxuyan gəncləri, həm də Türkiyə universitetlərində təhsil alan üçüncü ölkə vətəndaşlarına bilgilər veriləcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Termoslar kor edir? - Xəbərdarlıq
06:54 05.05.2026
Sağlamlıq
Kanyenin qızının ilk albomu!
05:35 05.05.2026
Şou
Bu tarixdə doğulan kişilərdən qaçmalısınız - Məyusluq mənbəyi
05:00 05.05.2026
Maraqlı
Volkan Dəmirəl “Gənclərbirliyi”nin baş məşqçi postundan ayrılıb
04:14 05.05.2026
Futbol
ÜST Hantavirusun yayılmasını elan etdi - Simptomlar
03:40 05.05.2026
Sağlamlıq
CeyLo idman zalına gedərkən…
03:03 05.05.2026
Şou
Aktrisa Nəsrin Cavadzadə səssiz- səmirsiz evləndi
02:34 05.05.2026
Şou
Tramp: ABŞ daha yüksək idxal rüsumları tətbiq edəcək
02:21 05.05.2026
Gündəm
Juninyo "Qarabağ"a qayıdır?
01:53 05.05.2026
Futbol
KİV: ABŞ-da benzinin qiyməti rekord həddə çatıb
01:01 05.05.2026
İqtisadiyyat
Ağ Evin yaxınlığında silah səsləri eşidilib
00:38 05.05.2026
Dünya
Zelenski: Ukrayna mayın 6-dan etibarən “sükut rejimi” elan edir
23:40 04.05.2026
Dünya
Mingəçevirdə tələbə ölüb
23:19 04.05.2026
Hadisə
"Qarabağ" qalib gəldi
23:06 04.05.2026
Futbol
Ciorcia Meloninin Azərbaycana səfəri başa çatıb
22:55 04.05.2026
Siyasət
“Paşinyanı devirmək planı var” - ŞƏRH
22:21 04.05.2026
Gündəm
“Dərslik tənqidləri qeyri-obyektivdir” - Tarix müəllimi
22:16 04.05.2026
Elm və Təhsil