
Azərbaycanda ətin qiyməti ucuzlaşacaq? - AÇIQLAMA
01:54 29.12.2023
Cəmiyyət
989
Rusiyada mal-qara ucuz deyil ki, bura gətirsinlər
Azərbaycanda mal və qoyun ətində ucuzlaşma olacağı gözlənilir. “Trend” ət bazarında fəaliyyət göstərən sahibkarlar arasında Yeni il öncəsi ətin qiymətində dəyişiklik olub-olmaması barəsində sorğu aparıb. Sorğu nəticəsində məlum olub ki, hazırda ətin qiymətində hər hansı bir dəyişiklik yoxdur və bahalaşmanın da olacağı gözlənilmir. Sorğu zamanı, həmçinin bazarda dolaşan maraqlı məlumat əldə edilib. Sahibkarlar arasında dolaşan məlumatlara əsasən, yaxın zamanlarda Azərbaycana Rusiyadan kütləvi şəkildə iri və xırda buynuzlu mal-qaranın gətirilməsi nəzərdə tutulur. Sahibkarlar bildirirlər ki, əgər deyilənlər doğru olarsa, istər mal, istərsə də qoyun ətinin qiymətində ucuzlaşma olacağı qaçılmazdır. Çünki kütləvi mal-qaranın gətirilməsi bazarda bolluq yaradacaq, bu da qiymətlərin ucuzlaşmasına səbəb olacaq.
İqtisadçı Xalid Kərimli “Sherg.az"a açıqlamasında qeyd etdi ki, Dövlət Statistika Komitəsinin noyabr ayı üzrə təqdim etdiyi statistikaya baxdıqda ucuzlaşan ərzaq məhsulları siyahısında balıq və ət məhsulları da var:
- Balıq məhsullarında 0.9 faiz, ət məhsullarında isə 1,0 faiz ucuzlaşma olub. Bu da ona gətirib çıxarıb ki, ərzaq məhsullarında ortalama 0.4 faiz ucuzlaşma var. Güman etmirəm ki, Rusiyadan gətirilən ət məhsulları qiymətlərdə kəskin dəyişiklik, ucuzlaşmaya səbəb olsun. Bu, qiymətlərə ciddi təsir etməyəcək. Həm də bizdə daxili bazarın tələbatını xırdabuynuzlu heyvanlarda 98 faiz, qırmızı ətdə isə 91-92 faiz yerli məhsul təşkil edir. Rusiyada mal-qara ucuz deyil ki, bura gətirsinlər. Əlbəttə, daha çox idxal və ucuz məhsullar yerli fermerlərə təsir edir. Amma bizdə onsuz da yerli məhsullar çoxluq təşkil edir. Ona görə də ətin qiymətində ciddi ucuzlaşma olacağını düşünmürəm.

İqtisadçı bildirdi ki, qiymətlərə tələbatın aşağı düşməsi səbəb olur:
- Tələbatın artdığı və azaldığı aralıq müddətlər var. Məsələn, yay aylarında, turizm, istirahət mövsümündə diri heyvanlara, ət məhsullarına tələbat artdığından qiymətlər də qalxır. Turizm aylarında regionlarda bahalaşma müşahidə olunur. Bu özünü paytaxtda da göstərir. İstirahət mövsümü bitdikdə isə fermerlər məhsullarını sata bilmədiklərindən şikayət edirlər. Rusiyadan gətiriləcək ət ucuz və əhəmiyyətli miqdarda olacaqsa, yerli bazarlarda qiymətin enməsinə səbəb ola bilər. Məsələ təkcə külli miqdarda məhsulun gətirilməsi deyil, qiymət də ucuz olmalıdır ki, rəqabət mühiti yaransın və qiymətlər aşağı düşsün.
Xəbər lenti
Hamısına bax
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi
AJB-nin Aran bölgəsi üzrə zona müşavirəsi keçirilib -FOTO
14:49 23.08.2026
Media
İlham Əliyev Daşkənddə Müstəqillik abidəsini ziyarət edib
14:00 23.08.2026
Rəsmi
Yenidən prezident seçilmək hüququm var - Tokayev
13:43 23.08.2026
Aktual
Suriya XİN: İsraillə danışıqlar bərpa oluna bilər
13:27 23.08.2026
Aktual
İlham Əliyev Özbəkistana dövlət səfərinə gəlib
13:10 23.08.2026
Rəsmi
Sabah 40 dərəcə isti olacaq
12:50 23.08.2026
Ekologiya
İran Məkkə sazişinə dəvət edildi
12:31 23.08.2026
Aktual
Rusiya Ukraynada sərnişin qatarını vurdu
11:44 23.08.2026
Gündəm
Qazaxda iki minik avtomobili toqquşub, 3 nəfər ölüb
11:15 23.08.2026
Hadisə