Azərbaycanda ilk dəfə uzunömürlülük üzrə beynəlxalq konqres keçiriləcək - FOTO/VİDEO
Yusif Nəzərli
10:48 10.02.2023
Cəmiyyət
334
Paytaxt Bakı “Viva La Vida” adlı Beynəlxalq Konqres və Sərgiyə ev sahibliyi edəcək.
Uzunömürlülük üzrə ilk beynəlxalq konqres Səhiyyə Nazirliyinin dəstəyi və “Sea Breeze Resort”un tərəfdaşlığı, həmçinin AWWA Dünya Estetik və Sağlamlıq Akademiyasının, “Sea Breeze Anti-aging” Mərkəzin və uzunömürlülük, sağlamlıq layihələrinin həyata keçirilməsi üzrə beynəlxalq ekspert, psixi sağlamlıq üzrə mütəxəssis İlona Ansonenin təşkilatçılığı ilə baş tutacaq. Konqres müasir dünyada insanların həyat keyfiyyətini yaxşılaşdıraraq daha uzun ömür və xoşbəxt yaşamağı özündə ehtiva edir.
16-17 mart 2023-cü il tarixlərində reallaşacaq tədbir aktiv uzunömürlülük sahəsində ən parlaq beynəlxalq ekspertləri bir araya gətirəcək.
Tədbirdə çıxış edənlər sırasında dünya şöhrətli endokrinoloq Dr.Tyeri Ertoq, ən yaxşı detoks proqramları üçün dünya mükafatlarını qazanan Dr.Aleks Vitasek, yaşlanma prosesini dayandırmaq üçün dünyada ilk dəfə öz genomunu dəyişdirməyə cəsarət edən Elizabet Periş, inteqrativ fərdiləşdirilmiş təbabətin ideoloqlarından biri Kris Mor, “Uzunömürlülüyün Yol Xəritəsi” bestsellerinin müəllifi və Avropa Uzunömürlülük Universitetinin qurucusu Dr.Yuliya Yusipova yer alacaqlar. “Baku Marriott Bulvar Hotel”də baş tutacaq konqresdə peşə ixtisası sağlamlığın və uzunömürlülüyün qorunmasını əhatə edən mütəxəssislər, həyat keyfiyyətini yaxşılaşdıra bilən istehlakçılar, effektiv həllər təklif edən şirkətlərin nümayəndələri və aktiv uzunömürlülük istəklərinə laqeyd qalmayanlar iştirak edə bilərlər. Uzunömürlülük üzrə “Viva La Vida” beynəlxalq konqres və sərgisində iştirak etmək üçün əvvəlcədən qeydiyyatdan keçmək vacibdir.
Konqresdə çıxış edənlərin və qonaqların tam siyahısı, eləcə də qeydiyyat məsələləri ilə bağlı tədbirə həsr olunmuş www.vivalavidacongress.com saytında tanış olmaq mümkündür.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ceyhun Bayramov İƏT toplantısında çıxış edib
19:46 24.09.2026
Siyasət
Ağcabədidə qadın əri tərəfindən bıçaqlandı - YENİLƏNİB
19:38 24.09.2026
Hadisə
David Alabanın yeni klubu bəlli oldu
19:30 24.09.2026
Futbol
İsrail hərbçiləri HƏMAS-ın hərbi qanadının komandirini öldürüblər
19:23 24.09.2026
Gündəm
Qazaxıstanda matəm elan edildi
19:16 24.09.2026
Dünya
Ceyhun Bayramovla Moldovanın XİN rəhbəri görüşdü
19:02 24.09.2026
Siyasət
Si Cinpin: Çin və ABŞ tarixi məsuliyyət daşıyır
18:55 24.09.2026
Dünya
Moldova NATO-ya üzv olmaq istəmir
18:26 24.09.2026
Dünya
Ceyhun Bayramov albaniyalı həmkarı ilə görüşdü
18:18 24.09.2026
Siyasət
Putin Fransadakı səfiri vəzifəsindən azad edib
18:07 24.09.2026
Gündəm
Ermənistanın Aİ-yə üzvlüyü avtomatik baş verməyəcək - ŞƏRH
17:56 24.09.2026
Gündəm
Tramp sülh prosesinin miqyasını dəyişdi - ŞƏRH
17:33 24.09.2026
Gündəm
Babək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad olundu
16:35 24.09.2026
Gündəm
YAP-da ciddi struktur dəyişikliyi olacaq
16:23 24.09.2026
Siyasət
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
16:21 24.09.2026
Ekologiya