Azərbaycandan İran və Belarusun bəzi ixracatçılarına QADAĞA
Azərbaycandan İran və Belarusun bəzi ixracatçılarına QADAĞA
Yusif Nəzərli
14:45 04.04.2023
Cəmiyyət
539
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkəyə idxal olunan qida məhsulları üzərində nəzarət tədbirlərini davam etdirir.
Həyata keçirilən tədbirlər çərçivəsində Agentliyin əməkdaşları tərəfindən İran İslam Respublikasından idxal olunan portağal və Belarus Respublikasından gətirilən ərzaqlıq kartof məhsullarına fitosanitar baxış keçirilib. Götürülən nümunələr Agentliyin tabeliyində Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim edilib.
Aparılmış ekspertiza nəticələrinə əsasən, İran İslam Respublikasından idxal olunan portağal məhsullarında 63 halda sitrus tristeza virusu, Belarus Respublikasından idxal edilən ərzaqlıq kartof məhsullarında isə 44 halda kartof yumrularında halqavari bakterial çürümə və 1 halda kartofun qonur çürümə bakteriyası aşkar edilib. İrandan olan ixracatçılara məxsus portağal məhsullarında aşkarlanan uyğunsuzluqlardan 20-si “Tejarat Rejal Zagros”, 15-i “Grohe Bazargani Rangin Miveh Khavarmiane”, 5-i “Armin Tejarat Tabriz”, 4-ü “Fajr Tandis Ourasia” və 4-ü “Shirin Noosh Tejarat” şirkətlərinin payına düşüb. Belarus ixracatçılarına məxsus ərzaqlıq kartof məhsullarında aşkar olunan uyğunsuzluqlardan isə 14-ü “Sovxoz Dobrovolots”, 5-i “Vosxod”, 3-ü “Tsarevo”, 3-ü isə “Maşpişeprod” şirkətlərinə aid olub.
Faktlarla əlaqədar AQTA tərəfindən İran İslam Respublikasının Milli Bitki Mühafizəsi Təşkilatına və Belarus Respublikasının Kənd Təsərrüfatı və Qida Nazirliyinə bildirişlər göndərilərək baş verən uyğunsuzluqların araşdırılaraq nəticəsi barədə məlumat verilməsi istənilib. Qeyd olunanlara əsasən, Agentlik tərəfindən İran İslam Respublikası və Belarus Respublikasının adıçəkilən ixracatçılarının Azərbaycana məhsul idxalına 2023-cü il 5 aprel tarixindən müvəqqəti qadağa qoyulması qərara alınıb.
Qeyd edək ki, bir müddət əvvəl AQTA ölkəyə idxal olunan bitkiçilik məhsullarında aşkarlanan uyğunsuzluqlarla bağlı sahibkarlara xəbərdarlıq edib. Bildirilib ki, karantin tətbiq edilən zərərvericilərlə sirayətlənmiş məhsulların idxalını təkrar həyata keçirən şirkətlər və həmin şirkətləri sözügedən məhsullarla təmin edən xarici şirkətlərin bu kimi fəaliyyətləri ölkəmizdə bitki sağlamlığının təmin olunması üçün ciddi təhlükə yaradır. Agentlik bu kimi hallar aşkar olunduğu təqdirdə, həmin ölkələrdən bu məhsulların idxalına bütövlükdə müvəqqəti məhdudiyyət tətbiq ediləcəyi ilə bağlı bir daha xəbərdarlıq edir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə