Azərbaycanlı ixtiraçı məşhur şirkətin təqaüdçüsü seçilib
10:37 29.07.2021
Cəmiyyət
566
Azərbaycanlı gənc sahibkar Reyhan Camalova iyulun 22-25-də Almaniyanın Münhen şəhərində keçirilmiş virtual “One Young World” (OYW) – 2021 ümumdünya gənclər sammitində BP-nin beynəlxalq nümayəndə heyətinə qatılıb.
“BP-Azerbaijan” şirkətindən verilən məlumata görə, R.Camalova BP qrupunun dünya üzrə 350 nəfərdən artıq ərizəçi arasından seçdiyi altı “Xalis sıfır” təqaüdçüsündən biri olub.
R.Camalova 14 yaşında “Rainergy” qurğusunu icad edib. Bu qurğu yağışlı iqlimə malik azgəlirli ölkələrdə enerji çatışmazlığı problemini həll etmək üçün yağış suyundan elektrik enerjisinin istehsal edilməsi üçün layihələndirilib. “Rainergy” yağış suyunu toplayır və ondan elektrik enerjisi istehsal etmək üçün istifadə edir.
R.Camalova “OYW” sammitindəki təcrübəsi barədə bunları bölüşüb:
“BP-nin “Xalis sıfır” təqaüdünə layiq görülməyim, “Rainergy” qurğusunun bərpa olunan enerji mənbəyi kimi əhəmiyyətini vurğulayır. BP nümayəndə heyətinin tərkibində “OYW” gənclər sammitində iştirak etmək mənə özümü yeni tərəfdən kəşf etmək və bir sıra müsbət cəhətlərimin önə çıxması üçün əla imkan oldu. Sammitdə mənimlə eyni düşüncə tərzinə malik insanlarla ünsiyyət qurmaq, onların ilhamverici uğur hekayələrini dinləmək və müxtəlif mövzularda öz biliklərimi genişləndirmək imkanım olub”.
Qeyd edək ki, BP hazırda insanlar və planetimiz üçün enerji haqqında təsəvvürləri yeniləyən gənc innovatorları müəyyənləşdirməyə və onlarla ünsiyyət qurmağa yönəlmiş “Xalis sıfır” təqaüd proqramını yaradıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Həyatdan yorulanda özünüzü yaxşı hiss etmək üçün 6 üsul
12:44 05.11.2026
Sağlamlıq
Kuryerlər aylıq 15 manat sadələşdirilmiş vergi ödəyəcək
11:57 05.11.2026
Sosial
Fransalı deputat İranın gələcək lideri kimi Rza Pəhləvini görür
11:42 05.11.2026
Siyasət
Ermənistan Türkiyə ilə sərhədi istənilən an aça bilər
11:08 05.11.2026
Gündəm
FHN qeyri-sabit hava ilə əlaqədar əhaliyə müraciət edib
11:00 05.11.2026
Ekologiya
Qaqik Sarukyanın həbs müddəti üç ay uzadıldı
10:57 05.11.2026
Dünya
Rusiya Qara dənizdə yük gəmisini vurdu
10:42 05.11.2026
Dünya
Ordubadda sahibkara məxsus obyektə zərər vuran şəxs saxlanılıb
10:07 05.11.2026
Hadisə
Konfrans Liqası: "Trabzonspor" Almaniya klubuna qarşı
09:10 05.11.2026
Futbol
77 yaşlı Vera Vonq…
08:39 05.11.2026
Şou
Milyon dollarlıq avtomobillər səhranın ortasında çürüyür
08:08 05.11.2026
Maraqlı
Noyabr üç BÜRCƏ xoşbəxtlik və şans gətirəcək
07:37 05.11.2026
Sosial
Cemre Baysel futbolçu ilə eşq yaşayır?
06:26 05.11.2026
Şou