Azərbaycanlı tələbə dağıntılar altından sağ çıxarılıb - YENİLƏNİB
Azərbaycanlı tələbə dağıntılar altından sağ çıxarılıb - YENİLƏNİB
Yusif Nəzərli
12:43 07.02.2023
Cəmiyyət
531
Ötən gün Türkiyədə baş verən güclü zəlzələ nəticəsində Kahramanmaraşda itkin düşmüş azərbaycanlı tələbə tapılıb.
Bu barədə “Report”un Ankara bürosuna açıqlamasında Kahramanmaraş Sütçü İmam Universitetinin azərbaycanlı müəllimi Həmran Əmirli məlumat verib.
Belə ki, Kahramanmaraş Sütçü İmam Universitetinin tələbəsi Göyçə Baxşəliyeva dağıntıya məruz qalmış binanın altından çıxarılıb, təcili olaraq xəstəxanaya aparılıb:
“Xəsarət alıb, ümumi vəziyyəti ağır deyil. Müayinələrdən sonra səhhəti haqqında dəqiq məlumatı həkimlərdən alacağıq”.
Həmran Əmirli deyib ki, tələbənin vəziyyəti ilə bağlı məsələ Azərbaycanın Türkiyədəki Səfirliyinin nəzarətindədir:
“Valideynlərinin də məlumatı var”.
14:26
Ötən gün Türkiyədə baş verən güclü zəlzələ nəticəsində Kahramanmaraşda təhsil alan azərbaycanlı tələbə itkin düşüb.
Bu barədə “Report”un Ankara bürosuna açıqlamasında Kahramanmaraş Sütçü İmam Universitetinin azərbaycanlı müəllimi Həmran Əmirli məlumat verib.
Onun sözlərinə görə, Kahramanmaraşda iki azərbaycanlı tələbənin dağıntı altında qalması ilə bağlı məlumatlar doğru çıxmayıb:
“Hazırda onların həyati təhlükəsi yoxdur. Amma bir tələbəmiz haqqında heç bir məlumat ala bilmirik, çünki onun yaşadığı bina tamamilə dağıntıya məruz qalıb”.
H.Əmirli həmçinin bildirib ki, Kahramanmaraşda olan Azərbaycan vətəndaşlarının Vətənə təxliyəsi bu gün təmin olunacaq:
“Təxliyə Azərbaycanın Türkiyədəki səfirliyinin dəstəyi ilə Kahramanmaraş avtovağzalından yerli vaxtla saat 15:00-da icra olunacaq”.
Türkiyənin Azərbaycandakı səfirliyindən verilən məlumata görə, zəlzələ nəticəsində ölənlər və ağır xəsarət alanlar arasında Azərbaycan vətəndaşlarının olub-olmaması haqqında məlumat yoxdur:
“Kahramanmaraşdakı zəlzələ bölgəsindən Türkiyədəki azərbaycanlı tələbələr və digər Azərbaycan vətəndaşlarının təxliyəsi üçün hazırlıqlar aparılır”.
Qeyd edək ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda Türkiyə vaxtı ilə saat 04:17-də 7,7 bal, Kahramanmaraşın Elbistan rayonunda isə yerli vaxtla saat 13:24-də 7,6 bal gücündə zəlzələ olub. Bundan başqa, yerli vaxtla 04:26-da Qaziantepin Nurdağı rayonunda 6,4 bal, saat 04:36-da isə Qaziantepin İslahiye rayonunda 6,5 bal gücündə təkanlar baş verib. Zəlzələ Kahramanmaraş, Hatay, Osmaniye, Adıyaman, Qaziantep, Şanlıurfa, Diyarbəkir, Malatya və Adana başda olmaqla ətraf ərazilərdə, o cümlədən Ankarada da hiss edilib.
Zəlzələ nəticəsində ölənlərin sayı 3 419 nəfərə çatıb, 20 534 nəfər yaralanıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sin Cinpin və Donald Tramp Ukrayna və Yaxın Şərqi müzakirə edib
01:59 25.09.2026
Dünya
Tiktok bu ölkədə 16,8 milyon dollar cərimə ödəyəcək
01:21 25.09.2026
Texnologiya
Netanyahu: İran hökumətinin süqutu yalnız zaman məsələsidir
00:59 25.09.2026
Gündəm
Türkiyəli nazir istefa verib? - Özü açıqladı
23:55 24.09.2026
Gündəm
Bu bürclər edilən səhvi heç vaxt unutmur - Siyahıda 3 bürc
23:31 24.09.2026
Cəmiyyət
Pakistan və İran liderləri regional vəziyyəti müzakirə ediblər
22:36 24.09.2026
Gündəm
Ərdoğandan Paşinyana mühüm mesaj: Bakı-İrəvan sülhünə dəstək
22:20 24.09.2026
Gündəm
Ərdoğan: Türkiyə iqtisadiyyatına risk yoxdur
21:59 24.09.2026
Gündəm
Nazirlər Kabinetində geniş iclas keçirildi
21:06 24.09.2026
Aktual
Vatsap hər mesaja görə ödəniş almağa başlayacaq
20:20 24.09.2026
Texnologiya
Neft 108 dolları keçdi
20:13 24.09.2026
İqtisadiyyat