Azərbaycanlı xeyriyyəçi türk şəhidin vəsiyətini yerinə yetirdi
Yusif Nəzərli
16:39 23.06.2024
Cəmiyyət
560
Azərbaycanlı xeyriyyəçi Tural Şahbazlı Türkiyə ordusunun iyunun 21-də İraqın şimalında terrorçularla döyüş zamanı şəhid olmuş serjantı Mehmet Ali Horozun vəsiyyətini yerinə yetirib.
Sherg.az Azərtac-a istinadən xəbər verir ki, türkiyəli hərbçi ölümündən üç gün əvvəl yayımladığı videoda həlak olacağı təqdirdə Afrika ölkələrindən birinin sakinləri üçün quyu qazmağı xahiş edib. Şəhidin vəsiyyətini azərbaycanlı Tural Şahbazlı həyata keçirib və onun təşəbbüsü ilə Kamerunun Asiyeba kəndinin sakinləri üçün quyu qazılıb.
Xeyriyyəçi Afrika kəndində aparılan işlərin görüntülərini əks etdirən videonu şəxsən şəhidin yaxınlarına təhvil verib.
Qəhrəmanın atası və böyük qardaşı videoya baxarkən göz yaşlarını tuta bilməyiblər.
Şahbazlı isə jurnalistlərə bildirib ki, onun özü türk hərbçisi həlak olduğu vaxt Azərbaycanda olub.
“O vaxt Kamerunda atamın xatirəsinə quyu qazırdılar. Ancaq türkiyəli hərbçinin vəsiyyəti olan videonu görəndən sonra Türkiyədən olan şəhidin vəsiyyətini yerinə yetirmək qərarına gəldim”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bərdədə piyadanı avtomobil vuraraq öldürüb
21:16 18.11.2026
Hadisə
Ölsəniz belə, sülh olacaq - Ararat Mirzoyan
21:04 18.11.2026
Cənubi Qafqaz
Milli Məclisin sədri Türkmənistana işgüzar səfərə gedib
20:52 18.11.2026
Siyasət
Paşinyanın ən çətin sınağı başlayır - Elçin Alıoğlu
20:31 18.11.2026
Gündəm
Putinlə Tramp arasında APEC sammitində danışıq baş tutmayıb
20:10 18.11.2026
Siyasət
ÜST-dən SOS - 6 addım 1,6 milyon insanın həyatını xilas edə bilər
19:58 18.11.2026
Aktual
Xosep Qvardiola Səudiyyə Ərəbistanında işləməkdən imtina edib
19:50 18.11.2026
Futbol
Lemmidən çağırış: Yenidən AB üzvü olmalıyıq!
19:42 18.11.2026
Dünya
ABŞ Qeşm adasında SEPAH-ın raket buraxılış məntəqəsini vurdu
19:28 18.11.2026
Gündəm
Əkrəm İmamoğluna iki il həbs cəzası verildi
19:12 18.11.2026
Aktual
KİV: Putin Çinə nüvə çantası ilə gedib
18:24 18.11.2026
Dünya
Sumqayıtda payız-qış mövsümü ilə bağlı müşavirə keçirilib
18:22 18.11.2026
Sosial
KİV: Putin Çinə nüvə çantası ilə gedib
18:09 18.11.2026
Dünya