“AzerGold” kiberdələduzluqla bağlı vətəndaşlara müraciət edib
Yusif Nəzərli
12:26 09.08.2024
Cəmiyyət
468
Müasir dövrümüzdə informasiya-kommunikasiya texnologiyalarının inkişafı, süni intellektin imkanlarının genişləndirilməsi rəqəmsal təhdidlərin də artması ilə müşayiət olunur. Sözügedən texnoloji yeniliklər təyinatı üzrə istifadə edilmədiyi halda böyük risklərə, arzuolunmaz nəticələrə səbəb olur.
"AzerGold"dan "APA-Economics"ə verilən məlumata görə, kiberdələduzluq hallarının qlobal səviyyədə vüsət aldığı bir şəraitdə son günlərdə bir sıra sosial şəbəkə seqmentlərində saxta hesablardan edilən paylaşımlar vasitəsi ilə “AzerGold” QSC-nin rəhbərliyi adından da dırnaqarası investisiya layihəsi ilə bağlı videomüraciətlər tirajlanır.
Bununla yanaşı, mesajlaşma platformalarında dövlət şirkətinin istehsal müəssisələrinin adından qruplar yaradaraq, üzvləri müxtəlif qazanc vədləri altında saxta keçidlərə yönləndirirlər. Dövlət şirkətinin işgüzar nüfuzundan sui-istifadə etməklə təşkil edilən bu cür videomüraciət və kampaniyalar heç bir reallığı əks etdirmir və əsil məqsədi vətəndaşların maliyyə vəsaitlərini ələ keçirməkdir.
“AzerGold” QSC vətəndaşları bu cür addımlara qarşı tədbirli olmağa, Səhmdar Cəmiyyətin fəaliyyəti ilə bağlı məlumatları yalnız şirkətin rəsmi informasiya resurslarından, həmçinin etibarlı mənbələrdən almağa, təqdim edilən keçidlərə daxil olmamağa çağırır. Bu kimi hallarla rastlaşdıqda, dərhal müvafiq hüquq-mühafizə orqanlarına müraciət etməyi tövsiyə edirik.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
NATO nümayəndə heyəti ilə ANAMA-da görüş keçirildi
16:46 01.09.2026
Gündəm
Baş Qərargah: Rusiya son üç ayda 124 mindən çox hərbçi itirib
16:42 01.09.2026
Dünya
Monqolustan, Çin və Rusiya birgə hərbi təlim keçirəcək
16:17 01.09.2026
Dünya
Qırğızıstan və Türkiyə hərbi əməkdaşlığı genişləndirir
15:43 01.09.2026
Gündəm
Kaya Kallas: Hörmüz boğazında keçid sərbəst olmalıdır
15:31 01.09.2026
Gündəm
Türkiyə Prezidenti Məkkə Müdafiə İttifaqı barədə açıqlama verdi
14:35 01.09.2026
Gündəm
KİV: Trampa dəstək Baydenin ən aşağı reytinqindən də aşağı düşüb
14:08 01.09.2026
Gündəm
Şahbaz Şərif BMT-də islahatların aparılmasına çağırıb
13:51 01.09.2026
Dünya
Balıq ovu mövsümü açıq elan edildi
12:56 01.09.2026
Sosial
Sabahın hava proqnozu açıqlanıb
12:45 01.09.2026
Ekologiya