“Azərişıq” Ağdamda yeni elektrik şəbəkəsi qurur
Yusif Nəzərli
07:06 20.06.2024
Cəmiyyət
355
İşğaldan azad edilən bütün regionlarda olduğu kimi, “Azərişıq” Ağdamın da elektrik təsərrüfatının yenilənməsi işlərini sürətlə davam etdirir.
Qurumdan verilən məlumata görə, həyata keçirilən yenidənqurma işləri çərçivəsində Ağdamda keyfiyyətli, dayanıqlı və etibarlı elektrik enerjisi təchizatı üçün müasir standartlara uyğun, yeni elektrik şəbəkəsi qurulur.
Bildirilir ki, Ağdam şəhərində tikinti-quraşdırma işləri aparan təşkilatların və strateji obyektlərin enerji ilə təmin olunması üçün xüsusi şəbəkələr yaradılıb. Hər birinin gücü 10 mVA olmaqla 35/04 kV-luq 2 yarımstansiya inşa edilib və gələcəkdə bu yarımstansiyalar vasitəsilə Ağdam şəhər mərkəzinin işıqlandırılması nəzərdə tutulub.
Hazırda Rəqəmsal İdarəetmə Mərkəzi və Təlim-Tədris Kompleksinin tikintisi davam edir. Yenidən qurulan Kəngərli, Xıdırlı və Sarıcalı kəndlərində isə yeni dayaqlar basdırılıb, 35/04 kV-luq Özünüdaşıyan İzolyasiyalı Naqillər (ÖİN) çəkilib. İşlərə cəlb edilən əməkdaşların əksəriyyəti elə Ağdam sakinləridir.
Gələcəkdə Güllücə, Baş Qərvənd və Salahlı Kəngərli kəndlərində də yeni xətlərin çəkilişi nəzərdə tutulub. Ümumilikdə, Ağdam şəhəri və kəndlərinin kabelləşdirilməsi Şəhərsalma Planına əsasən aparılır.
Qeyd edək ki, Azərişıq” ölkənin bütün regionlarında paralel şəkildə yenidənqurma işlərini davam etdirir. Məqsəd vətəndaşların dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin olunması, elektrik enerjisi itkilərinin minimuma endirilməsidir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Britninin filmi çəkilir – onlardan biri oynayacaq
07:00 02.09.2026
Şou
Ödü qatı olanların qanı da qatı olur - Onkoloq
06:26 02.09.2026
Sağlamlıq
Çində süni intellekt səfərbərliyə cəlb ediləcək
04:24 02.09.2026
Maraqlı
“Tottenhem” Mudriki “Çelsi”dən icarəyə götürüb
03:49 02.09.2026
Futbol
Təcavüzdə ittiham olunan şahzadənin anası kraliça oldu
03:13 02.09.2026
Şou
Böyük sinəli qadınlarda bu təhlükəli vəziyyət ola bilər
02:32 02.09.2026
Sağlamlıq
SEPAH: ABŞ-nin MQ9 PUA-sı zərərsizləşdirilib
01:58 02.09.2026
Region
SEPAH: İordaniyadakı ABŞ bazası ballistik raketlərlə vurulub
01:21 02.09.2026
Son dəqiqə
Putindən Ermənistana: İstəsəniz, sabah oradan çıxa bilərik!
00:59 02.09.2026
Region
İran Hörmüz boğazının bağlandığını elan edib
23:40 01.09.2026
Region
Qızıl yenidən ucuzlaşdı
23:23 01.09.2026
İqtisadiyyat
Putin Paşinyanla razılaşmadı, sözünü kəsdi
21:54 01.09.2026
Gündəm
İranın bir sıra şəhərlərində partlayış səsləri eşidilib
20:44 01.09.2026
Gündəm