Bakı Yeni ilə hazırlaşır - FOTO
13:14 22.12.2019
Cəmiyyət
866
2020-ci ilin gəlişinə sayılı günlər qalıb. Bu münasibətlə paytaxt Bakının mərkəzi küçələrində yolka qurulub, yarmarkalar təşkil edilib.
Sherg.az bildirir ki, musavat.com-un əməkdaşı paytaxtın mərkəzi küçələrində gəzib, bu və ya digər "Yeni il" hazırlıqları ilə maraqlanıb.
Müşahidə etdik ki, şəhərdə paytaxt sakinləri ilə bərabər turistlər də çoxluq təşkil edir. Ərəblərlə bərabər Rusiya və Avropadan gələnlərin də çoxluq təşkil etdiyini gördük.
Ötən illərdə olduğu kimi bu il də "Qız Qalası" ətrafında işıqlarla bəzədilmiş keçid quraşdırılıb. Gündüz bir o qədər də gözə çarpmayan bu keçid gecə gözoxşayan mənzərəyə səbəb olur. Bulvarla İçərişəhəri birləşdirən keçid sanki bir növ zaman tunelini xatırladır. Bulvar tərəfdən gələn insanlar bu işıqlı tunellə tarixi İçərişəhərə daxil olurlar. Gecə saatlarında tunel müxtəlif sarmaşan işıqlarla bəzədilir. Tunelin yaxınlığında isə yolka qurulub.
Hər il olduğu kimi Fəvvarələr meydanında "Soyuq əllər, isti ürək" yarmarkası təşkil olunub ki, bura da yerli sakinlərin və turistlərin marağındadır.
Bakı sakinləri ilə də söhbət edib, görülən işlərlə bağlı onların da fikirlərini aldıq. Sakinlər bildirdilər ki, şəhərin mərkəzində bu cür şəraitin yaradılması onlara müsbət təsir edir:
"Həftə sonu olduğu üçün ailəmizlə birlikdə şəhərdə gəzib, yaradılan şəraitdən zövq alırıq", - deyə Bakı sakinləri bildirdilər.
Yeni illə bağlı metronun "İçərişəhər" stansiyasında da yolka quraşdırılıb. Əldə etdiyimiz məlumata görə, bayram günlərində bu stansiyanın girişində canlı musiqi ifaçılarının təşkili planlaşdırılır.
Eyni zamanda Azneft meydanında da 3 ədəd müxtəlif ölçülərdə yolka qurulub. Bundan əlavə şəhərin Bulvar ərazisində də "2020" yazılan işıqlı bəzəklər, evciklər, yolka ağacı və uşaqların əylənməsi üçün müxtəlif dekorativ bəzək əşyaları quraşdırılıb.
Artıq Neftçilər prospekti boyunca və bulvar ərazisindəki bütün şam ağacları və dirəklər çilçıraqlarla bəzədilib. Eyni zamanda müşahidə etdik ki, Bulvar boyunca müxtəlif rəngarəng kompozisiyalar qurulur. Bayram günlərində bulvara giriş istiqamətlərində paytaxt sakinləri və qonaqlar təmtəraqlı bəzəklərlə qarşılaşacaqlar ki, həmin bəzəklərin də artıq tamamlanma işləri görülür. Kukla teatrının yanındakı yeraltı keçidin önündə, bulvar ərazisi istiqamətində işıqlarla bəzədilən, uzunluğu 67 m olan tunel quraşdırılıb. Bulvar ərazisində iki yolka quraşdırılıb. Bunlardan biri köhnə bulvar ərazisində "Dinamo" deyilən yerdə (hündürlüyü təxminən 12 metr), digəri Ağ Şəhər bulvarındadır (təxminən 18 metr)".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
19:06 08.11.2026
Ekologiya
Moskvada yeni dəb: Mənzil almadan bahalı evləri gəzməyə gedirlər
18:52 08.11.2026
Maraqlı
Arda Gülərə tərif yağışı: "“Real Madrid"in vitamin mənbəyidir!”
18:42 08.11.2026
Futbol
Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
18:20 08.11.2026
Gündəm
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya