Bakıda bu məscid əsaslı təmir olundu
Yusif Nəzərli
08:03 24.10.2023
Cəmiyyət
548
Keşlə sakinlərinin qəsəbədə yerləşən “Şah Abbas” məscidinin uzun müddət təmirsiz qalması və minarənin olmaması ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə etdikləri müraciətlə əlaqədar Prezidentin tapşırığına əsasən, qısa müddət ərzində məscidin əsaslı təmiri və bərpası, yeni minarənin tikintisi ilə bağlı layihə hazırlanaraq razılaşdırılıb və müvafiq işlərə başlanılıb.
Axar.az xəbər verir ki, layihəyə uyğun olaraq “Şah Abbas” məscidinin Azərbaycan İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitutu tərəfindən müayinəsi keçirilib, mühəndis-müayinəsi və texniki vəziyyəti haqqında rəy verilib. Rəyə uyğun olaraq konstruksiya layihəsi hazırlanıb.
Bünövrədə möhkəmləndirmə, binada isə mövcud mikroçatların aradan qaldrılması məqsədilə ineksiya işləri aparılıb. Möhkəmləndirmə işləri aparılarkən binanın ilkin tarixi görünüşünün qorunub saxlanılmasına xüsusi diqqət yetirilib, əlavə olaraq atmosfer təsirlərinə məruz qalmış fasad üzlük daşları bərpa olunub və yenilənib. Daxildə sonradan görülmüş suvaq işləri sökülüb, məscidin tikintisi zamanı istifadə olunmuş daxili üzlük daşları bərpa olunaraq tarixi görünüşünə qaytarılıb.
Məscidin günbəz örtüyü dəyişdirilərək yenisi ilə əvəz olunub, binanın memarlıq üslubuna uyğun olaraq hündürlüyü 20 metr olan yeni minarə inşa edilib. Həyətdə yerləşən istifadəyə yararsız köməkçi tikili sökülərək 525 m2 sahədə yenidən inşa edilib. Burada imam üçün otaq, ehsan zalı (80 yerlik), əlavə ibadət zalı (70 nəfərlik), kişi və qadınların dəstəmaz alması üçün otaqlar, mətbəx, anbar, qazanxana və təsərrüfat otaqları nəzərdə tutulub. Məscidin həyətinə daxil olmaq üçün iki ədəd giriş qapısı və ümumi memarlıq üslubunu tamamlayan 52 metr uzunluğunda dekorativ hasar inşa edilib.
Qeyd edək ki, məscid Şah Abbasın göstərişi ilə XVII əsrdə əhəng daşı ilə Abşeron məscidlərinə xas formada inşa edilmişdir, sahəsi 139 m2 (11.8x11.8), ümumi ərazisi 1300 m2 (0.13 ha), yerli əhəmiyyətli memarlıq abidəsidir (inv № 2860) və dövlət tərəfindər qorunur.
Əlavə olaraq “Şah Abbas” məscidinin ətraf ərazilərində, Kamran Əfkari və Məşədi Hilal Kazımov küçələrində abadlıq-quruculuq və təmir işləri aparılmış, küçələr boyunca səkilər, hasarlar, iaşə və xidmət obyektlərinin və yaşayış evlərinin fasadları, bəzi evlərin yararsız dam örtükləri yenilənib, yaxın məhəllələrə asfalt örtüyü vurulub, kommunikasiya xətləri təmir təmir edilmiş, küçə işıqları sistemi yenidən qurulmuş, yaşıllıqlar salınıb, çoxlu sayda yeni ağaclar, bəzək kolu və güllər əkilib.
Həmçinin Keşlə Şəhidlər Xiyabanında təmir işləri görülmüş, yeni Bulaq Kompleksi inşa edilib, istirahət guşəsi yaradılıb.
Qeyd olunan işlər Nizami Rayon İcra Hakimiyyəti tərəfindən həyata keçirilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycan BMT-nin beynəlxalq vasitəçilik sazişinə qoşulub
21:35 23.04.2026
Dünya
Dövlət Xidmətinin dörd vəzifəli şəxsi həbs edilib - YENİLƏNİB
21:19 23.04.2026
Hadisə
Pəhləvinin "azad İran" vədləri inandırıcı deyil - ŞƏRH
19:15 23.04.2026
Gündəm
Dua Lipa evlənir!
18:45 23.04.2026
Şou
Ebru Gündeşdən sürpriz: Yeni görünüşü sosial medianı silkələdi
18:42 23.04.2026
Şou
Derbi öncəsi gərginlik: "Fənərbağça"dan Dursun Özbəkə cavab gəldi
18:37 23.04.2026
Futbol
İranın yeni müharibə planı: bu hədəflər vurulacaq!
18:29 23.04.2026
Dünya
İrlandiya parlamentariləri Xankəndiyə səfər ediblər
18:21 23.04.2026
Siyasət
İTV-nin baş direktoru vəzifəsinə sənəd qəbulu elan edilib
18:14 23.04.2026
Media
Berlində qalmaqal: Pəhləviyə hücum - üzərinə qırmızı maye atıldı
18:07 23.04.2026
Gündəm
ABŞ Prezidenti: İranın liderinin kim olduğu məlum deyil
17:59 23.04.2026
Gündəm
Azərbaycan-Latviya münasibətlərində yeni mərhələ
17:59 23.04.2026
Gündəm
Rumıniyada baş nazirin müavini və altı nazir istefa verib
17:53 23.04.2026
Dünya
Baş Prokurorluqda geniş Kollegiya iclası keçirilib
17:27 23.04.2026
Gündəm