Bakıda daha bir iyrənc mənzərə: Qanunsuz ət kəsiminə niyə göz yumulur? - FOTO
14:40 27.01.2020
Cəmiyyət
602
Qaradağ rayonu, Lökbatan qəsəbəsi Nizami küçəsində qanunsuz fəaliyyət göstərən ət kəsimi məntəqələri sakinləri narahat edir. Bu barədə Oxu.Az-ın redaksiyasına daxil olan məlumatda qeyd olunub. Bildirilib ki, qəsəbədə bir-birinə yaxın məsafədə yerləşən iki ət kəsimi məntəqəsində antisanitar vəziyyət hökm sürür. Sakinlər iddia edirlər ki, vəziyyətlə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) müraciət ediblər:
“Ət kəsimi məntəqələri 166 saylı tam orta məktəbin və Heydər Əliyev Parkının yanında yerləşir. Sentyabr ayında qəsəbə sakinləri Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə hər iki məntəqədəki antisanitar vəziyyət və mənşəyi bilinməyən ət kəsimi ilə bağlı müraciət etsələr də, nəticəsi olmayıb.
Sentyabr ayında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə müraciət etdik. Bildirdik ki, hər iki məntəqədə antisanitar vəziyyət var. Kəsilən heyvanların yoxlanışdan keçib-keçmədiyi də bəlli deyil. Kəsilən heyvanlar Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin nəzarətində deyil.
Ətlərin yoxlanışdan keçirilməməsi və məntəqələrdə olan antisanitar vəziyyətdən həm narahat, həm də narazıyıq. Agentlik müraciətimizə baxıldığını və tədbir görüldüyünü bildirsə də, biz dəyişiklik hiss etmirik”.
Xatırladaq ki, 2018-ci ilin iyununda Prezident İlham Əliyev Azərbaycanda müasir heyvan kəsimi məntəqələrinin yaradılması ilə bağlı sərəncam verib. Bu sərəncama əsasən, AQTA-ya ölkədə heyvan kəsiminin müasir tələblərə uyğunlaşdırılması, müasir (stasionar, modul və mobil tipli) kəsim məntəqələrinin təşkil olunması, qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması, istehlakçıların hüquqlarının müdafiəsi, qida təhlükəsizliyinin təmin edilməsi sahəsində tədbirlərin sistemli və kompleks şəkildə həyata keçirilməsi tapşırılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi
Ukrayna səfiri Azərbaycanı təbrik etdi
15:00 08.11.2026
Siyasət
“Bakıda çay içmək” arzusu həbsxanada gerçəkləşdi - ŞƏRH
14:50 08.11.2026
Siyasət