Bakıda köhnə binalar söküləcək! – Memar:“Statusu almış binalarla ehtiyatlı..”
Yusif Nəzərli
13:16 20.04.2023
Cəmiyyət
529
“Dövlət reyestrindən qeydiyyatdan keçmiş və tarix, mədəniyyət statusu almış binaların sökülməsi qanunla qadağan olunub”
“Sözügedən binalar ya bərpa edilməli, ya da konservasiya işləri aparılıb gələcək nəsillərə olduğu kimi çatdırılmalıdır”
"Bütün böyük şəhərlərdə inkişaf və köhnəlmiş yaşayış binalarının yenilənməsi dünyada davam edən prosesdir".
Bunu "Sherg.az"a açıqlamasında memar Faiq İsmayılov Bakıdakı köhnə binaların sökülməsi xəbərinə münasibət bildirərkən deyib. O qeyd edib ki, belə binaların sökülməsinin dayandırılması, gələcəkdə acı nəticələrə gətirib çıxara bilər:
"Çünki köhnəlmiş binalar təbiət təsirlərinə davamsız olur və onların uçma təhlükəsi daha böyükdür. Bu baxımdan sözügedən binaların yenilənməsi olduqca vacibdir. Bu istiqamətdə müvafiq təşkilatlar, memar, seysmoloq və arxeoloqlar öz sözlərini deməlidirlər. Yəni bir elmi şura mütləq şəkildə yaradılmalı və binanın sökülməsi zamanı torpağın alt qatları tədqiq edilməli, onun dayanıqlılığının möhkəmləndirilməsi üçün ümumi mütəxəssis rəyləri verilməlidir. Amma bir məsələ var ki, bəzi binaların Azərbaycan tarixində baş verən hadisələrə şahidlik etməsi, bəzilərinin quruluşunun Azərbaycan milli klassik memarlığına uyğun tikilməsi və unikal bir səviyyədə saxlanılması tələb olunur. Ona görə də belə binalara diqqət olunmalıdır. Bunun üçün də Azərbaycan Mədəniyyət Nazirliyi və nazirlik yanındakı Abidələrin Mühafizəsi və Bərpası Dövlət Xidməti kimi təşkilatlar mövcuddur. Bütün məsuliyyətini həmin təşkilatlar daşıyır".
Ekspert qeyd edib ki, belə binalara ehtiyatla yanaşmaq lazımdır:
"Dövlət reyestrindən qeydiyyatdan keçmiş və tarix, mədəniyyət statusu almış binaların sökülməsi qanunla qadağan olunub. Sözügedən binalar ya bərpa edilməli, ya da konservasiya işləri aparılıb gələcək nəsillərə olduğu kimi çatdırılmalıdır. Bu zaman isə mütləq ətraf kompozisiya nəzərə alınmalıdır. Yəni şəhərlər inkişaf edir və daimi yenilənmə şəhərlərin baş planlarında mühüm əhəmiyyət kəsb edir. Bu zaman isə köhnə binaların qalması gözəlliyi poza bilər. Yəni həmin binaların yerləşdiyi ərazilərdə kompozisiya elə qurulmalıdır ki, qədimiliyin yaşamasına şərait olsun. Çünki xatirə yerləri, monumental komplekslərin davamlı şəkildə yaşaması məcburidir. Bu baxımdan abadlıq işləri ilə məşğul olan istər dövlət, istərsə də qeyri-dövlət qurumlarının bir nömrəli vəzifəsi tarixi əhəmiyyətli binaları ətraf landşafta uyğunlaşdırmaqdır Əgər bu belə olarsa, binalar öz gözəlliyi ilə bizim zövqümüzü oxşayacaq".
Qeyd edək ki, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin rəhbəri Qurban Yetirmişli dünən keçirilən mətbuat konfransında çıxış edib. O deyib ki, Bakıda bütün köhnə binalar söküləcək və hər birinin yerində yeni binalar tikiləcək. Qurban Yetirmişlinin sözlərinə görə, həmin binalar tikilən zaman hər birinə dayanaqlılıq üçün 30-40 il zəmanət verilib: “Artıq onların sökülməsi üçün zaman yetişib. Bundan başqa, məndə qədimi binalarda isə bərkitmə və möhkəmləndirmə işləri aparılacağı barədə məlumatlar var”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ və Ermənistan arasında hərbi əməkdaşlıq müzakirə edildi
17:55 13.02.2026
Gündəm
"Bavariya" ulduz futbolçusu ilə müqaviləni yenilədi
17:14 13.02.2026
Futbol
Nə Karapetyan, nə Köçəryan - seçkini biz udacağıq - Xudatyan
17:07 13.02.2026
Region
Prezident Neçirvan Bərzanini Azərbaycana səfərə dəvət edib
17:06 13.02.2026
Gündəm
AMEA Ramiz Mehdiyevi həqiqi üzvlükdən xaric edəcək
16:58 13.02.2026
Elm və Təhsil
İranla razılaşma yoxdursa ağır mərhələ başlayacaq - TƏHLİL
16:36 13.02.2026
Gündəm
Ata Abdullayev azadlığa buraxılıb
16:15 13.02.2026
Cəmiyyət
İsrail Baş naziri: İranla razılaşmaya şübhə edirəm
15:52 13.02.2026
Gündəm
NATO baş katibi: Rusiya Ukraynada ilbiz sürəti ilə hərəkət edir
15:44 13.02.2026
Gündəm
Estoniya səfiri iqamətgahını Gürcüstandan Ermənistana köçürür
15:24 13.02.2026
Region
İlham Əliyev Almaniyaya səfərə gedib
15:12 13.02.2026
Rəsmi
Qaxın sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 13.02.2026
Hadisə