Bakıda polislərə silahlı müqavimət göstərən şəxsdə tapança və qumbara aşkarlanıb - Baş Prokurorluq
15:12 13.02.2022
Cəmiyyət
530
Fevralın 12-də Daxili İşlər Nazirliyinin Çevik Polis Alayının polis serjantları 1990-cı il təvəllüdlü Eldəniz Məmmədov və 1992-ci il təvəllüdlü Coşqun Məmmədlinin xidməti vəzifələrini icra edərkən kəsilmiş-deşilmiş bədən xəsarətləri alması barədə daxil olmuş məlumat üzrə aparılmış ilkin araşdırma ilə müəyyən edilmişdir ki, həmin gün saat 17 radələrində tanışını döydükdən sonra bıçaqla özünə xəsarət yetirib hadisə yerini tərk etmiş 1994-cü il təvəllüdlü Babayev Aydın Taleh oğlunun yaşadığı ünvana gedərək polis bölməsinə dəvət etmək istəyən polis əməkdaşlarına sonuncu müqavimət ğöstərməklə mətbəxdən götürdüyü bıçaqla hər iki polis əməkdaşına xəsarətlər yetirib hadisə yerindən qaçmışdır.
Baş Prokurorluqdan Sherg.az-a verilən məlumata görə, Aydın Babayevin tutulub istintaqa cəlb olunmasından ötrü fevralın 13-də saat 12 radələrində DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Səbail rayon polis idarəsinin əməkdaşlarının birgə keçirtdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Aydın Babayevin yeri müəyyən edilmiş, sonuncu polis əməkdaşlarına özünü və polis əməkdaşlarını qanunsuz saxladığı əl qumbarası ilə partladacağını bildirməklə silahlı müqavimət göstərməyə cəhd edərkən zərərsizləşdirilərək məhv edilmişdir.
Hadisə yerinə prokurorluq əməkdaşları tərəfindən baxış keçirilərkən A.Babayevin meyitinin yanından sonuncuya məxsus “LLama cal 32” markalı tapança və “F-1” markalı fitili ilə birlikdə qumbara, əynində olmuş şortikin sağ yan cibindən narkotikə bənzər bir bükümdə maddə, evin içərisində 1 ədəd, evin həyətindən 3 ədəd giliz aşkar edilərək cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun qablaşdırılaraq götürülmüşdür.
Həmçinin, araşdırmalarla müəyyən edilmişdir ki, Səbail rayon polis idarəsində Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə istintaq olunan cinayət işi üzrə Aydın Babayevə ittiham elan edilməsi üçün barəsində axtarış elan olunmuşdur.
Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə başlanmış cinayət işinin istintaqının aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə edilmişdır.
Hazırda istintaq tədbirləri davam etdirilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Göygöldə yol qəzasında iki nəfər xəsarət alıb
12:27 04.11.2026
Hadisə
Dəfnə görə ödənilən müavinətin məbləği artırılır
12:10 04.11.2026
Aktual
AzTV 100 illik yubileyə həsr olunmuş çarx yayımlayıb - VİDEO
12:09 04.11.2026
Media
Azərbaycanın xalis maliyyə aktivləri 110 mlrd. manata çatıb
11:47 04.11.2026
İqtisadiyyat
Polis bir gündə 1 qumbaraatan və 5 tüfəng götürdü
11:07 04.11.2026
Hadisə
Karapetyanların evlərində axtarış aparılır - YENİLƏNDİ
10:47 04.11.2026
Region
Qazaxda 15 yaşlı yeniyetmə həmkəndlisini bıçaqlayıb
10:21 04.11.2026
Hadisə
Obama Trampın partiyasının seçkidəki məğlubiyyətinə reaksiya verdi
10:19 04.11.2026
Gündəm
Tramp İrana yeni zərbələr endirmək planının olmadığını açıqlayıb
10:05 04.11.2026
Gündəm
CNN: Tramp seçkilərdə ən pis ssenarinin mümkünlüyünü etiraf edib
08:20 04.11.2026
Aktual
Böyrək xərçəngi yaradan – Hər gün yediyimiz 2 qida
07:17 04.11.2026
Sağlamlıq
"Sabah"ın baş məşqçisi "Vikinq"lə oyunöncəsi danışdı
06:44 04.11.2026
Futbol
Britaniya Avropa İttifaqı ilə yeni razılaşmaya hazırlaşır
06:17 04.11.2026
Dünya