Bakıda uşaq poliklinikasından şikayət: “Peyvənd üçün pul istəyirlər”
14:27 18.02.2020
Cəmiyyət
1165
Binəqədi rayonu Biləcəri qəsəbəsində yerləşən 11 saylı uşaq poliklinikasında tibbi xidmət çox aşağı səviyyədədir. Oxu.Az xəbər verir ki, bu barədə sosial şəbəkədə paylaşılan vətəndaş şikayətində bildirilir.
Vətəndaş iddia edir ki, 3 aylıq uşaqlarına peyvənd vurulması üçün 11 saylı uşaq poliklinikasına üz tutanda, qarşılaşdıqları mənzərə onları məyus edib:
“Xəstəxana toz içərisindədir. Mikrob yuvasıdır. Həkimlərin sifətindən zəhrimar tökülür. Poliklinikada körpəmin əmziyi yerə düşdü. Yumaq üçün su verən olmadı. Maddi imkanım uşağımı özəl klinikaya aparmağa imkan verir. Bəs buna imkanı çatmayan valideynlər sizin qəddarlığınıza dözməlidir?
Onu da qeyd edim ki, özəl klinikada uşağıma heç bir diaqnoz qoyulmayıb, hər şeyin qaydasında olduğu deyilib. Lakin 11 saylı uşaq poliklinikasında uşağıma 3 xəstəlik üzrə diaqnoz qoyub, müalicə yazmışdılar. Sonda da peyvənd üçün həkimə hörmət etməyimiz söylənildi. Uşaqlarla işləməyi bacarmırlarsa, bu həkimlər harada imtahan verir? Bu paylaşımı tək özüm üçün deyil, özəl klinikaya gedə bilməyən imkansız ailələr üçün yazıram”.
TƏBİB məsələ ilə bağlı münasibət bildirib. Qurumun mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, sözügedən iddialar əsasında araşdırma aparılacaq:
“Məsələ tərəfimizdən araşdırılacaq. Bilirsiniz ki, səhiyyə müəssisələri yanvar ayından etibarən tabeliyimizə verilib. Qeyd olunan bütün problemlər həllini tapacaq. Sadəcə, zamana ehtiyac var.
Bundan əlavə, qeyd edilən məsələ ilə bağlı da müəssisə rəhbərliyinə tapşırıqlar verildi. Sadəcə, yazılan hər hansı bir faktın daha ciddi araşdırılması üçün konkret adlara da ehtiyac var. Müəssisə rəhbəri daxildə də öz araşdırmasını aparmaq istəyir. Ümumi hallarla bağlı isə bir daha qeyd edirəm ki, nəzarət gücləndiriləcək və bu tip problemlərin aradan qaldırılması üçün konkret addımlar atılacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi
Ukrayna səfiri Azərbaycanı təbrik etdi
15:00 08.11.2026
Siyasət
“Bakıda çay içmək” arzusu həbsxanada gerçəkləşdi - ŞƏRH
14:50 08.11.2026
Siyasət