Bakıdakı “Şaxta baba” və “Qar qız”lar "yoxa çıxıb" - Daha müvəqqəti işə maraq azalıb
13:51 29.12.2019
Cəmiyyət
883
Artıq Yeni il bayramıdır. Amma həmişəkindən fərqli olaraq bu dəfə paytaxt küçələrində nə “Şaxta baba”, nə də “Qar qız” obrazları gözə dəyir. Bir neçə ildir ki, paytaxtda yeni il personajları icazəli, yəni xüsusi lisenziya əsasında fəaliyyət göstərirlər. “Şaxta baba” və “Qar qız”lara lisenziya verən Bakı Şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamentindən bildiriblər ki, indiyə qədər Şaxta baba lisenziyası üçün cəmi 5 nəfər müraciət edib:
“Müraciət edənlərdən 4-ü Fəvvarələr Meydanı, 1-i isə Atatürk parkında qurulmuş yolkanın ətrafında dayanacaq. Bizim idarəyə cəmi 5 müraciət var, amma ola bilsin ki, Bulvar və İçərişəhərdə də yeni il yolkasının ətrafında “Şaxta baba” və “Qar qız”lar olacaq. Onlara isə lisenziyanı Dənizkənarı Bulvar İdarəsi verir”.
Apardığımız araşdırmalar nəticəsində məlum olub ki, “Şaxta baba”, “Qar qız” olmaq daha illər əvvəl bu işi görən şəxslərə sərf etmir. Çünki, lisenziya məbləği çoxdur, qazanc isə az.
İqtasadçı-ekspert Pərviz Heydərov məsələ ilə bağlı Sherg.az-a danışarkən bildirib ki, bu xidmətə marağın azalması iki səbəblə bağlı ola bilər:
“Xidmətin düzgün təşkil edilməməsi və ya qazancın azlığıdır... Bu, bütün sahələrdə belədir. Ümumiyyətlə hesab edirəm ki, gələcəkdə bu xidmətə maraq daha da azalacaq. Bildiyiniz kimi, yola saldığımız il həm əhalinin məşğulluğu, həm də vətəndaşların gəlirliyinin yüksəlməsi baxımından yaddaqalan oldu. Bunu təqaüdlərin, maaşların, o cümlədən minimum əməkhaqqının artması da sübut edir. Yəni əhalinin maddi vəziyyəti artıq elə səviyyəyə çatıb ki, insanlar belə müvəqqəti xidmətlərə maraq göstərmirlər. Odur ki, gələcəkdə “Şaxta baba” və “Qar qız” personajlarına ümumiyyətlə rast gəlinməyəcəyini demək olar”.
Kənan Novruzov
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
19:06 08.11.2026
Ekologiya
Moskvada yeni dəb: Mənzil almadan bahalı evləri gəzməyə gedirlər
18:52 08.11.2026
Maraqlı
Arda Gülərə tərif yağışı: "“Real Madrid"in vitamin mənbəyidir!”
18:42 08.11.2026
Futbol
Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
18:20 08.11.2026
Gündəm
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya