Bakının məşhur restoranında itlərə zülm edilir? - AÇIQLAMA
13:43 20.01.2020
Cəmiyyət
685
Bu gün Bakının məhşur restoranlarından birinin həyətində itlərə zülm edildiyinə dair məlumat paylaşılıb. Oxu.Az xəbər verir ki, bu barədə sosial şəbəkədə heyvansevərlərdən biri paylaşım edib. İddia edilib ki, “The Green” restoranına məxsus ərazidə itlər qəfəsdə saxlanılır:
“Hörmətli “The Green” restoranının rəhbərliyi. Səhər belə bir hal ilə rastlaşdım. Daha doğrusu itlərin səsləri məni onların yanına gətirdi. Nə vaxtdan ictimai bir yerdə itləri belə bir qəfəsə bağlayıb saxlayırlar? Bunun üçün bağ və ev olmalıdır. Bu itlər yazıqdır. Küçədən keçən uşaqlar üstlərinə energetik ickilər tökürlər və müxtəlif üsullar ilə itlərə zülm verirlər. Bu yazıqlarda hürür. İtləri düz Malakan bağının yanında saxlamısız. Bu qeyri qanunidir! İctimai yerdə it saxlamırlar. İşçiləriniz yalandan deyir ki, bu hansısa türk vətəndaşınındır. Amma sonra sizin işçi çölə çıxaraq bildirdi ki, bu itlər buranın sahibi Fuad bəyə məxsusdur”.
Məsələ ilə bağlı “The Green” restoranı ilə əlaqə saxladıq. Restoran rəhbərliyindən bildiriblər ki, itlərə heç bir zülm edilmir:
“İtlərə heç bir zülm edilmir. Heyvanların saxlandığı yer restoranın ərazisinə daxildir və kənarda deyil. Nə üçün insanlar o tərəfə gedib? Heyvanlar hər zaman insanları görəndə reaksiya verir, hürür bu normaldır. İtlərə zülm verdiyinə dair iddialar isə həqiqəti əks etdirmir. Yəqin ki, o itlərin cinsindən də xəbərləri yoxdur. Bu itlər mənfi 40 dərəcəyə qədər soyuqda dayana bilərlər. İtlərə heç kim zülm etmir və bu müvəqqətidir.
Onu da qeyd edim ki, itlər dünən gətirilib və onlar üçün ev hazırlanacaq. Mən təəssüf edirəm ki, insanlar bu cür qeyri-dəqiq söhbətlər yayır. Kaş ki, onlar küçədə ac-susuz qalaraq ölən heyvanlar barədə narahat olardılar, onları alıb isti bir yuvaya qoyardılar”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi