Başar Kömür:“Hatayda azərbaycanlı tələbələrin ehtiyacları ödənilir”
Yusif Nəzərli
05:53 07.02.2023
Cəmiyyət
392
“Azərbaycandan olan tələbələrlə əlaqə saxlamağa çalışırıq. Bəzi tələbələrin müraciətlərinə baxılıb, ehtiyacları qarşılanıb”.
Bu fikirləri “Report”un Ankara Bürosuna Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin zəlzələ baş verən ərazilərində Hatay, Osmaniyə, Adana, Mersin şəhərləri üzrə təhkim etdiyi nümayəndə, Hatay Azərbaycan Evinin rəhbəri Başar Kömür bildirib.
Başar Kömür deyib ki, bu gün baş verən dağıdıcı zəlzələdən sonra onlara müraciət edən soydaşlarımızın müraciətlərinə Azərbaycanın Türkiyədəki səfiriliyinin və Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndələri ilə birlikdə baxılır:
“Malatyadan olan azərbaycanlı tələbələrin yaşadıqları yer dağılıb, sənədləri, pulları, əşyaları dağıntılar altında qalıb. Səfirliklə əlaqə saxlayıb onların minimum ehtiyaclarını ödədik. Adana Universitetinin tibb fakültəsindən bir azərbaycanlı qız Bakıya qayıtmaq istəyirdi, onun qayıdışına dəstək olduq. Səfirlik Azərbaycana qayıtmaq istəyən tələbələrə hər şəkildə dəstək olacağını bildirib”.
Başar Kömürün sözlərinə görə, Hatay Azərbaycan Evi ilk növbədə tələbələrin müraciətlərinə önəm verir:
“Parklarda olan sığınacaq düşərgələrində tələbələrin yerləşdirilməsi üçün şərait yarada bilərik, amma bununla əlaqədar bizə hələlik müraciət edənlər olmayıb. Havanın çox soyuq olması da insanları çətin durumda qoyub. Adana, Hatayda qış demək olar ki, soyuq keçmir, amma bu gün çox soyuq hava şəraiti var. Fasiləsiz yağış yağır ki, bu da vəziyyəti daha da çətinləşdirir”.
Qeyd edək ki, dünən Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda yerli vaxtla saat 4:17-də 7,7 bal, Kahramanmaraşın Elbistan rayonunda saat 13:24-də 7,6 maqnitudalı zəlzələ olub. Bundan başqa saat 4:26-da, Qaziantepin Nurdağı rayonunda 6,4 bal, saat 4:36-da isə Qaziantepin İslahiye rayonunda 6,5 maqnitudalı təkanlar baş verib.
Zəlzələ Kahramanmaraş, Hatay, Osmaniyə, Adıyaman, Qaziantep, Şanlıurfa, Diyarbakır, Malatya və Adana başda olmaqla ətraf ərazilərdə, o cümlədən Ankarada da hiss edilib.
Son məlumata görə, zəlzələdə ölənlərin sayı 2 379 nəfərə çatıb, 14 483 insan xəsarət alıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycan daha üç ölkə ilə viza tələblərini sadələşdirib
03:03 25.09.2026
Siyasət
Sin Cinpin və Donald Tramp Ukrayna və Yaxın Şərqi müzakirə edib
01:59 25.09.2026
Dünya
Tiktok bu ölkədə 16,8 milyon dollar cərimə ödəyəcək
01:21 25.09.2026
Texnologiya
Netanyahu: İran hökumətinin süqutu yalnız zaman məsələsidir
00:59 25.09.2026
Gündəm
Türkiyəli nazir istefa verib? - Özü açıqladı
23:55 24.09.2026
Gündəm
Bu bürclər edilən səhvi heç vaxt unutmur - Siyahıda 3 bürc
23:31 24.09.2026
Cəmiyyət
Pakistan və İran liderləri regional vəziyyəti müzakirə ediblər
22:36 24.09.2026
Gündəm
Ərdoğandan Paşinyana mühüm mesaj: Bakı-İrəvan sülhünə dəstək
22:20 24.09.2026
Gündəm
Ərdoğan: Türkiyə iqtisadiyyatına risk yoxdur
21:59 24.09.2026
Gündəm
Nazirlər Kabinetində geniş iclas keçirildi
21:06 24.09.2026
Aktual
Vatsap hər mesaja görə ödəniş almağa başlayacaq
20:20 24.09.2026
Texnologiya
Neft 108 dolları keçdi
20:13 24.09.2026
İqtisadiyyat