
Baxışların mənası: Gözdəyməsi (bədnəzər) həqiqətən var?
Yusif Nəzərli
11:16 28.02.2024
Cəmiyyət
1138
Qədimdən günümüzədək cəmiyyətdə var olan inanclardan biri də nəzər dəyməsidir. Hər kəs gözə qarşı fərqli qorunma üsulu seçir. Bəziləri gözmuncuğu taxır, nal asır, digərləri isə nəzəri qaldırmaq üçün üzərlik yandırır və s.
Bu zaman sual yaranır. Bəs, həqiqətən nəzər deyilən anlayış var? Dinimizə görə nəzərdən qorunmaq üçün nə edilməlidir?
Mövzu ilə bağlı “Sherg.az”a danışan ilahiyyatçı Hacı Təyyar Hüseynli söyləyib ki, Azərbaycan dilində nəzər baxmaq mənasındadır:
"Nazir sözü də bu kökdəndir, nəzarət edən deməkdir. Bədnəzər isə fars mənşəli kəlmədir və pis göz anlamındadır. Əslində baxmağın özündə çox dərin mənalar var. Hətta, baxış dili də mövcuddur. İslam dininə görə, əsas enerji ruh və gözdədir. Dinimizdə göz dəyməsinin qarşısını almaq üçün bəzi ayə və duaları oxumaq məsləhətdir. Ən yaxşı üsullar "Qələm" surəsinin son 2 ayyəsini oxumaqdır. Biri var ki, sevgi ilə baxmaq bu zaman qarşı tərəfə müsbət enerji ötürülür. Düşünürəm ki, bədnəzərdən qorunmaq üçün müxtəlif vasitələrə əl atmaq inanc deyil. Hətta, bəzi miflər var. Özünü müdafiə etmək üçün hansısa bir kol bitkisi və göz muncuğundan istifadə olunur. Əslində bunun özündə inancla yanaşı, mənfi enerjini məhdudlaşdıran güc var. Praktiki yanaşsaq, insan tikanlı kol bitkisinə baxdıqda diqqəti ona yönəlir".

Ekspert diqqətə çatdırıb ki, bədnəzəri inancla əlaqələndirsələr də, bu müəyyən əsaslandırmalarla sübuta yetirilib:
"Bildiyiniz kimi, əyyəti kəlamları oxumaq hadisələrə fərqli təsir göstərir. Bu səbəbdən insanlar bir-birilərinə saf, şəffaf niyyətlə və ilahi məqsədlə baxsınlar. Bir sözlə, hər mənada yanaşma, münasibət təmiz olmalıdır. Əgər düşüncələr fərqli olarsa, gözlərin ifadəsi ilə özünü bildirəcək".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Onlar regionu tərk etməlidir - Vilayəti
17:48 08.08.2026
Dünya
41 dərəcə isti: Nazirlikdən əhaliyə xəbərdarlıq
17:29 08.08.2026
Ekologiya
Paşinyan Əliyevə zəng etməsindən danışdı
16:52 08.08.2026
Gündəm
ABŞ Azərbaycanın sülh gündəliyinə güclü dəstək verdi – ŞƏRH
16:23 08.08.2026
Gündəm
“Barselona” Arauxonu “Liverpul”a göndərir
15:45 08.08.2026
Futbol
Türkiyə Qara dənizdə gəmilərin keçidini məhdudlaşdırır
15:37 08.08.2026
Dünya
Lionel Messinin atası vəfat edib
15:11 08.08.2026
Futbol
Almaniyanın mühüm hərbi bazası üzərində naməlum dronlar uçub
14:34 08.08.2026
Dünya
Lukaku karyerasını Türkiyədə davam etdirə bilər
14:03 08.08.2026
Futbol
Xameneini devirməyə çağıran din adamına cinayət işi açıldı - FOTO
12:59 08.08.2026
Gündəm
Nikol Paşinyan Prezident İlham Əliyevə zəng edib
12:38 08.08.2026
Gündəm
Sabah 40 dərəcə isti olacaq
12:19 08.08.2026
Ekologiya