Bir tərəfdə 95 min abort, bir tərəfdə 35 min bic doğulan...- Seyran Səxavət dəhşət içindədir

“Təxminən 1 ay əvvəl çox ağır 2 informasiya aldım. Rəsmi informasiyadır. Birinci xəbər bu idi ki, ölkəmizdə ötən il 95 min insan öldürülüb. Mən bunu mini “soyqırım” sayıram. 10 milyonluq ölkə üçün 95 min abort elə “soyqırım” deməkdir. İkinci xəbər isə...” 

Yazıçı-dramaturq Seyran Səxavət jurnalist Vasif bəyə verdiyi müsahibəsində bu barədə danışıb: “İkinci çox ağır xəbər isə budu ki, 2 il əvvəl bizim şanlı ölkəmizdə təxminən 35 minə yaxın bic doğulub (nikahdan kənar uşaq). Bir tərəfdə 95 min abort, bir tərəfdə 35 min bic doğulan. Bu, məni dəhşətə gətirir. Yəni biz, 60-70 il əvvəlki ölkəyik?! Yəni millət olaraq. Bu, böyük faciədir. Bilmirəm, kim necə qəbul edir, necə baxır, mən məngənə kimi sıxılıram. Heç kəsin vecinə deyil. Elə vəziyyətdə olan nə millətin axırı var, nə xalqın, nə dövlətin. Mən cavabdehlərin hamısını cəlb edirəm. Hansısa müğənninin neçə dəfə evlənməsi, neçə dəfə boşanması bizim nəyimizə lazımdı? Cavabdehlər, lap aşağıdan lap yuxarıyacan, oturub düşünsünlər ki biz bu fəlakətdən necə xilas olaq”.