Bir üzü çap olunmayıb: 100 dolları 100 min dollara satır
10:01 29.11.2023
Cəmiyyət
653
Türkiyənin Qaziantep şəhərindən olan 64 yaşlı Halil Taş 20 il əvvəl İstanbulda valyutadəyişmə məntəqəsindən aldığı səhv çap edilmiş 100 dollarlıq əskinası satışa çıxarıb.
Sherg.az türk mediasına istinadən xəbər verir ki, əvvəlcə 100 dollarlıq əskinasın saxta olduğunu düşünən Taş, pulu aldığı valyutadəyişmə məntəqəsi də daxil olmaqla, bir çox valyutadəyişmə məntəqəsində pul sayan maşından keçirib. Pulun orijinal olduğunu və səhv çap olunduğunu anlayıb. 64 yaşlı Halil Taş 20 il əvvəl tapdığı dollara görə o zaman min dollar təklif aldığını bildirib. İndi isə onu kolleksiyaçılara satacağını düşünür.
Halil Taş, “İstanbuldakı valyutadəyişmə məntəqəsindəki pulların arasından çıxdı. Heç kim almadı, mən də alıb gizlətdim. 20 ildir məndədir. Pulun saxta olub-olmadığını öyrənmək üçün İstanbul və Qaziantepdəki valyutadəyişmə məntəqələrində sınaqdan keçirdik və saxta olmadığı üzə çıxdı. ABŞ Federal Ehtiyat Sistemi səlahiyyətlilərinin açıqlamasına görə, səhv çap edilib və onlardan biri məndədir. Bu sikkənin ən mühüm xüsusiyyəti onun bir tərəfinin çap edilməməsidir" deyə bildirib.
Əskinası maraqlanan antikvar satıcılarına və kolleksiyaçılara satacağını ifadə edən Taş daha sonra deyib:
“Bu günə qədər heç bir yerdə qiymətləndirmə etməmişəm. Hazırda Türkiyədə yalnız məndə olduğunu düşünürəm. 20 il əvvəl bu sikkəyə min dollar təklif etdilər və daha dəyərli olacağını düşündüyüm üçün vermədim. Saxlamışam, mən istəyən paranı verənə satacam. Bəlkə 30, bəlkə 50, bəlkə də 100 min dollar dəyərindədir."
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tofiq Bakıxanov vəfat etdi
00:12 24.08.2026
Cəmiyyət
Yeni Daşkənd şəhərində “Azərbaycan” parkının təməli qoyulub
23:50 23.08.2026
Rəsmi
Suriya XİN rəhbəri və “Mossad”ın direktoru arasında görüş olub
23:03 23.08.2026
Dünya
İranda böyük qaz yatağı kəşf edildi
22:41 23.08.2026
Region
Zelenski: “Şimal axını”nı Ukrayna partlatmayıb
22:02 23.08.2026
Aktual
Cəlilabadda tapılmış daş kürənin analiz nəticələri məlum oldu
21:21 23.08.2026
Tarix
“Mançester Siti”dən 18 ildən sonra ilk...
20:27 23.08.2026
Futbol
ABŞ-ın sanksiyaları təkrarlanan film kimidir - Arakçı
18:39 23.08.2026
Region
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə dəvət edilib
18:06 23.08.2026
Rəsmi
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya